1. Sıxılmaq, canı sıxılmaq, bıqmaq, bezmək, təngə gəlmək, narahat olmaq, əsəbiləşmək; ürəyi sıxılmaq, hövsələsizlik göstərmək; özünü çox pis hiss etmək. □ Hər şey üçün adam darıxmaz. Darıxıram, vaxt az qalıb. Qədir kişi bu hörmətlərdən darıxmır, bunu özünün yaxşı işləməsi ilə əlaqədar bilirdi. (Ə.Sadıq).
2. Təngnəfəs olmaq, nəfəsi kəsilmək, boğulan kimi olmaq, hava çatmamaq. □ İstidən adamın ürəyi darıxır.
3. Bir şəxsin, ya şeyin olmadığını iztirab və ürək acısı ilə hiss etmək, bir şəxsi, ya şeyi görməyi, yaxud onunla bir yerdə olmağı həsrətlə arzu etmək. □ Vətən üçün darıxmaq. İş üçün darıxmaq.