Reklam
Reklam

Все словари

can [can] isim fars

1. Dini etiqada görə, ölümlə vücuddan ayrılan qeyri-maddi varlıq; ruh. □ Çıxan can geri dönməz. (Atalar sözü).
2. Həyat, varlıq. Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən. (Atalar sözü).
3. Tab, taqət, hey. O qədər çox işləmişdi ki, az qala canı çıxırdı.
4. Bədən. Keçi can hayında, qəssab piy axtarır. (Atalar sözü).
5. Adam, insan, fərd. □ Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı).
6. Məcazi mənada: bir şeyin əsası, mahiyyəti, məğzi. □ Sözümün canı budur ki, gənclər yenilikçi olmalıdırlar.
7. Canım, canım-gözüm şəklində – mehribanlıqla müraciət məqamında. □ Canım-gözüm, de görüm nə istəyirsən?
8. Canım, canım-gözüm şəklində – etiraz, narazılıq məqamında. □ Canım, nə düşmüsən üstümə.

Həmçinin bax:

frazeologizm: Allah verdiyi canı ala bilmir frazeologizm: ayaq üstə canı çıxmaq frazeologizm: bacarana can qurban frazeologizm: bir can deyib min can eşitmək frazeologizm: bir qəpiyi (şahısı) çıxınca canı çıxır frazeologizm: burnunu tutsan (sıxsan), canı çıxar frazeologizm: can almaq frazeologizm: can atmaq frazeologizm: can bəsləmək frazeologizm: can çəkmək frazeologizm: can çürütmək frazeologizm: can damarı frazeologizm: can deyib can eşitmək frazeologizm: can dərmanı frazeologizm: can gəzdirmək frazeologizm: can hayında olmaq frazeologizm: can qalmamaq frazeologizm: can qoymaq frazeologizm: can qoymamaq frazeologizm: can üstə olmaq frazeologizm: can vermək frazeologizm: can yandırmaq frazeologizm: cana doymaq frazeologizm: cana gəlmək frazeologizm: cana gətirmək frazeologizm: cana yığılmaq frazeologizm: cana yığmaq frazeologizm: candan düşmək frazeologizm: candan keçmək frazeologizm: canı ağzına gəlmək frazeologizm: canı ağzından çıxmaq frazeologizm: canı bahasına frazeologizm: canı boğazına yığılmaq (gəlmək) frazeologizm: canı çıxmaq frazeologizm: canı çıxsa da frazeologizm: canı çürümək frazeologizm: canı dincəlmək frazeologizm: canı əlində olmaq frazeologizm: canı getmək frazeologizm: canı ilə əlləşmək frazeologizm: canı it canıdır frazeologizm: canı qurtarmaq frazeologizm: canı rahat olmaq frazeologizm: canı sıxılmaq frazeologizm: canı üzülmək frazeologizm: canı yanında qalmaq frazeologizm: canı yanmaq frazeologizm: canım sənə desin frazeologizm: canımın canı çıxsın frazeologizm: canımın dərdindən frazeologizm: canına baxmaq frazeologizm: canına cəfa basmaq frazeologizm: canına çəkmək (hopmaq) frazeologizm: canına döşəmək frazeologizm: canına duaçı olmaq frazeologizm: canına düşmək frazeologizm: canına əziyyət verməmək frazeologizm: canına işləmək frazeologizm: canına qəsd etmək frazeologizm: canına qıymaq frazeologizm: canına qorxu düşmək frazeologizm: canına qorxu (lərzə, od) salmaq frazeologizm: canına od düşmək frazeologizm: canına üşütmə düşmək frazeologizm: canına vəlvələ (vicvicə) düşmək frazeologizm: canına vəlvələ (vicvicə) salmaq frazeologizm: canına yatmaq (sinmək) frazeologizm: canına yazığı gəlməmək frazeologizm: canına yel dəyməmiş frazeologizm: canına yel keçməyə qoymamaq frazeologizm: canında az yoxdur frazeologizm: canında olmaq frazeologizm: canından bezmək frazeologizm: canından çıxmamaq frazeologizm: canından keçmək frazeologizm: canından pul çıxmamaq frazeologizm: canından üşütmə keçmək frazeologizm: canını Allaha tapşırmaq frazeologizm: canını almaq frazeologizm: canını atəşə yaxmaq frazeologizm: canını azar almaq frazeologizm: canını bağışlamaq frazeologizm: canını boğazına yığmaq frazeologizm: canını çölə atmaq frazeologizm: canını çürütmək frazeologizm: canını dişinə tutmaq frazeologizm: canını eşq oduna yaxmaq frazeologizm: canını əsirgəməmək frazeologizm: canını əziyyətə vermək frazeologizm: canını işə verməmək frazeologizm: canını qara qayğı almaq frazeologizm: canını qorxu almaq frazeologizm: canını qoymağa yer axtarmaq frazeologizm: canını qurban vermək frazeologizm: canını qurtarmaq frazeologizm: canını oda yaxmaq frazeologizm: canını sıxmaq frazeologizm: canını tapşırmaq frazeologizm: canını üzmək frazeologizm: canını vermək frazeologizm: canının dərdindən frazeologizm: canının hayına qalmaq frazeologizm: canının qeydinə qalmaq frazeologizm: canlar alan frazeologizm: canlara dəyən frazeologizm: çıxmayan cana nə qulfüvallah frazeologizm: əlindən cana doymaq frazeologizm: ətə-cana gəlmək frazeologizm: hörümçəkdən can diləmək (istəmək) frazeologizm: keçi can hayında, qəssab piy axtarır frazeologizm: ölü canlar frazeologizm: ölüdən can istəmək frazeologizm: sağ cana həsrət qalmaq frazeologizm: sözünün canını deməmək frazeologizm: şirin cana qəsd eləmək frazeologizm: üfürsən, canı çıxar frazeologizm: yarı canı qalmaq frazeologizm: yarı canı yanında qalmaq frazeologizm: yediyi canına yatmamaq (sinməmək) frazeologizm: yeyib-içdiyi canına yatmamaq frazeologizm: yolunda can qoymaq Azərbaycan dilinin izahlı lüğəti