1. Bir işə girişmək, şüru etmək. □ İşə başlamaq. Müşavirəyə başlamaq. İnşaata başlamaq.
2. Bir işin, halın, keyfiyyətin, hadisənin və s.-nin ilk əlamətlərini göstərmək. □ Qocalmağa başlamaq. Bacadan tüstü görünməyə başladı. Hava qaralmağa başladı. Yağış damcılamağa başladı.
3. Bir işin əsası qoyulmaq, əmələ gəlmək, meydana gəlmək. □ Mühərrirlik sənəti Azərbaycanda, demək olar ki, Mirzə Fətəli Axundzadə ilə, xüsusən “Əkinçi”ni yaradan Həsən bəy Zərdabi ilə başlamışdır.
Həmçinin bax:
1. Bir işin, hadisənin ilk anı, əvvəli, ibtidası, çıxış nöqtəsi. □ Bu hələ işin başlanğıcıdır. Dərs ilinin başlanğıcı. Hadisənin başlanğıcı.
2. İlk əsas, ilk səbəb, ilk mənbə; ilkin.
3. Bir şeyin müqəddiməsi, giriş hissəsi, birinci hissəsi. □ Kitabın başlanğıcı. Musiqinin başlanğıcı. Pyesin başlanğıcı.
Həmçinin bax:
1. Meydana çıxmaq, törəmək; törəməyə, ortaya çıxmağa, əmələ gəlməyə başlamaq. □ Mübahisə başlandı. Əkin işləri başlandı. Vuruşma top atəşi ilə başlandı. Danışıqlar saat 8-də başlandı.
2. Bir şeyin çıxış nöqtəsini, başlanğıcını təşkil etmək. □ Bir iş başlanmayınca qurtarmaz. (Atalar sözü)
1. Başı, təpəsi olan. □ İki başlı heyvandan yox, iki dilli insandan qorx. (Atalara sözü)
2. Ağıllı, zehinli, çox bilikli. □ Dünən evinə gələn kim imişsə, başlı adam imiş, “içərilərdən” gəlmişmiş. (Mir Cəlal)
Həmçinin bax:
1. Nəzarətsiz, baxımsız, himayəsiz. □ Başlı-başına buraxmaq. Başlı-başına qalmaq.
2. Öz bildiyi kimi, özbaşına, kefi istədiyi kimi, sərbəst. □ Başlı-başına işləmək. Başlı-başına hərəkət etmək.
3. Öz-özünə, özbaşına, başqasının köməyi olmadan. □ Yoxsa başlı-başına belə bir bağ düzün ortasında əmələ gələ bilməz. (S.Rəhimov).
4. Boş, adamsız, sahibsiz. □ Başlı-başına qalmış ev. Başlı-başına qalmış bağ.
Həmçinin bax: