1. Bir işə girişmək, şüru etmək. □ İşə başlamaq. Müşavirəyə başlamaq. İnşaata başlamaq.
2. Bir işin, halın, keyfiyyətin, hadisənin və s.-nin ilk əlamətlərini göstərmək. □ Qocalmağa başlamaq. Bacadan tüstü görünməyə başladı. Hava qaralmağa başladı. Yağış damcılamağa başladı.
3. Bir işin əsası qoyulmaq, əmələ gəlmək, meydana gəlmək. □ Mühərrirlik sənəti Azərbaycanda, demək olar ki, Mirzə Fətəli Axundzadə ilə, xüsusən “Əkinçi”ni yaradan Həsən bəy Zərdabi ilə başlamışdır.
See also: