1. Barışdıran, iki düşmən arasında sülh və ya küsülülər arasında yenidən dostluq və səmimilik yaradan. □ Barışdırıcı qüvvə.
2. İsim kimi: barışdıran, iki düşmən arasında sülh və ya küsülülər arasında yenidən dostluq və səmimilik yaradan.
1. Düşmənçilik edən tərəflər, yaxud bir-birindən küsənlər arasında sülh və sazişi, dostluq və səmimiyyəti yenidən bərpa etmək, aralarını düzəltmək. □ Düşmənləri barışdırmaq. Küsülüləri barışdırmaq.
2. Məcazi mənada: uyğunlaşdırmaq, müvafiqləşdirmək, uzlaşdırmaq. □ Ziddiyyətləri barışdırmaq.
1. Aralarındakı mübahisəni kəsmək, müharibədən, mübarizədən vuruşmadan əl çəkmək; incikliyi, ədavəti, düşmənçiliyi, küsülülüyü aradan qaldırmaq, əvvəlki dostluq və münasibəti bərpa etmək. □ Küsülülər barışdılar. Müharibə edən dövlətlər barışdılar. Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla. (Atalar sözü)
2. Məcazi mənada: uzlaşmaq, yollaşmaq, razılaşmaq, sazişə gəlmək. □ Nifrətlə sevgi necə də uyğunlaşıb barışa bilər.. (S.Rəhimov)
3. Məcazi mənada: dözmək, qatlaşmaq, təhəmmül etmək, saziş etmək, razı olmaq, müqavimət göstərməmək. □ Vəziyyətlə barışmaq.
Həmçinin bax:
Odlu silahlardan ötrü patron, mərmi hazırlamaq üçün partlayıcı maddə. □ Tüstüsüz barıt. Ağ barıt. Barıt tüstüsü. Barıt iyi. Barıt ilə odun dostluğu olmaz. (Atalar sözü)
Həmçinin bax: