Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

barışmaq [barışmax] feil

1. Aralarındakı mübahisəni kəsmək, müharibədən, mübarizədən vuruşmadan əl çəkmək; incikliyi, ədavəti, düşmənçiliyi, küsülülüyü aradan qaldırmaq, əvvəlki dostluq və münasibəti bərpa etmək. Küsülülər barışdılar. Müharibə edən dövlətlər barışdılar. Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla. (Atalar sözü)
2. Məcazi mənada: uzlaşmaq, yollaşmaq, razılaşmaq, sazişə gəlmək. Nifrətlə sevgi necə də uyğunlaşıb barışa bilər.. (S.Rəhimov)
3. Məcazi mənada: dözmək, qatlaşmaq, təhəmmül etmək, saziş etmək, razı olmaq, müqavimət göstərməmək. Vəziyyətlə barışmaq.

See also:

frazeologizm: ulduzları barışmamaq Azərbaycan dilinin izahlı lüğəti