1. Hər hansı bir xalqın, dövrün və ya bütün bəşəriyyətin yaratdığı elmi, bədii, fəlsəfi və s. əsərlərin məcmusu. □ Ədəbiyyat dedikdə, yalnız bədii əsərlər deyil, həmçinin geniş mənada, bütün yazılı əsərlər nəzərdə tutulur. (M.İbrahimov).
2. Bədii əsərlərin məcmusu. □ Orta əsrlər Azərbaycan ədəbiyyatı. Ortaq türk ədəbiy- yatı. Klassik ədəbiyyat.
3. Müəyyən bilik sahəsinə və ya məsələyə aid çap olunmuş əsərlər. □ Siyasi ədəbiyyat nəşriyyatı.