Bax: şadaralamaq.
Şadaradan keçirmək, şadarada təmizləmək. □ Buğdanı şadaralamaq.
Bax: şadaralanmaq.
Şadaradan keçirilmək, şadarada təmizlənmək.
1. Çox şad, kefi kök, sevinc içərisində. □ Axırda hamı şad-xürrəm yıxılıb yatdı. (S.S.Axundov). 2. Sifət kimi: çox şad, kefi kök, sevinc içərisində.
Sevinə-sevinə, sevinc içərisində, fərəhli, məmnun halda. □ Məktub alanlar şad-şad çəkildi, almayanlar sakit-sakit addımladı. (S.Rəhimov).
Bax: şad.
İri dənələri olan, iri dənəli. □ Şadənə noxud. Şadənə buğda.
Nitq etiketi. Şadxəbər olasan! – xoşxəbər gətirən adama qarşılıq olaraq deyilən təşəkkür ifadəsi. □ Şadxəbər olasan! Ağlamıram, soğan şoqəribin acısıdır ki, gözlərim yaşarmışdır. (T.Ş.Simurq).
Sevindirici, fərəhləndirici; şadlıq gətirən, sevinc gətirən, şadlandıran, sevindirən, ürəkaçan. □ Şadlandırıcı xəbər.
Bax: şadlandırmaq.
Şad etmək, sevindirmək, fərəhləndirmək, ürək açmaq. □ Bu xəbər bizi olduqca şadlandırdı.
Bax: şadlanmaq.
Şad olmaq, sevinmək, fərəhlənmək. □ Gəl ki, sən gələndə şadlanır ömür; Gül açır gəncliyin dili, ağızı. (S.Vurğun).
Sevinc, fərəh; insana fərəh, sevinc, məmnunluq verən hadisə, şey; nəşə, kef, əyləncə, toy, bayram. □ Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu; Yandı oda qəmlər. (M.V.Vidadi).
Həmçinin bax: