1. Sevinən, şən, fərəhli, məmnun. □ Şad adam. Şad üz. Şad gözlər.
2. Ürəkaçan, fərəhli, sevindirici, xoş. □ Şad xəbər.
3. Zərf kimi: ürəkaçan, fərəhli, sevindirici, xoş. □ Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. (M.Ə.Sabir).
4. Şadəm (şadam) şəklində – sevinirəm, məmnunam (bir şeydən şad, məmnun olmağı bildirir). □ Yarın xəyalilə bu gün mən şadəm; Qəribliyə düşsəm qan ağlar didəm. (M.P.Vaqif).