Reklam
Reklam

Все словари

şar1 [şar] isim rus

1. Riyaziyyat. Öz diametri ətrafında dairənin fırlanmasından yaranan həndəsi cisim; kürə. □ Şarın radiusu. Şarın səthi.

2. Bu şəkildə olan şey. Bilyard şarı. Fənər şarı.

şar2 [şar] isim rus

Arxaizm. Səsvermə zamanı istifadə edilən şarşəkilli şey (namizədin lehinə və əleyhinə verilən səsin miqdarı qutuya atılan şarın miqdarına əsasən təyin edilirdi). Şarla səsəqoyma.

şar3 [şar] isim rus

Coğrafiya. Rusiyanın Avropa hissəsinin şimalında materiklə ada və ya adalar arasında boğazlara, bəzən çay qollarına verilən ad.

Azərbaycan dilinin izahlı lüğəti