Ad-san, şöhrət, şərəf. □ Bürüyüb aləmi şanın, şöhrətin; Bir de, qoç Koroğlu, nədən məlulsan? (“Koroğlu”).
Balı saxlamaq və toxum tökmək üçün arıların pətəkdə mumdan düzəltdikləri gözcüklər. □ Kosa əlindəki suyu süzülən şanları pəncərəyə qoyub çıxa-çıxa deyindi... (S.Rəhimov).
Həmçinin bax:
1. Klassik ədəbiyyatda şanə-şanə olmaq mənasında işlənmişdir.
2. Məcazi mənada: klassik ədəbiyyatda dəlik-dəlik, deşik-deşik olmaq, parçalanmaq mənalarında işlənmişdir. □ Qəmzə xəncərindən, müjgan oxundan; Ciyər parə-parə, dil şanələnmiş. (M.V.Vidadi).