ing. World Wide Web – ümumdünya hörümçək toru
Kompüterlərdə saxlanılan, bir-biri ilə əlaqəli səhifələrə internet üzərindən girişi təmin edən qlobal informasiya şəbəkəsi.
Ü.H.T. ifadəsini əksər hallarda qısaca «veb» sözü ilə və ya www işarəsi ilə əvəzləyirlər. Şəbəkəni yüz milyonlarla veb-serverlər təşkil edir, informasiyanın axtarışı və kompüterə yüklənməsi üçün xüsusi proqramlardan – brauzerlərdən istifadə olunur.
Jurnalistika terminləri lüğətiProqramları ölkənin bütün ərazisinə yayımlanan teleradio yayımçısı.
Televiziya və radio yayımı haqqında qanunvericiliyə görə, «ölkənin bütün ərazisi» dedikdə televiziya verilişləri üçün ölkə əhalisinin, radio verilişləri üçün ölkə ərazisinin azı 98 faizi başa düşülür.
Jurnalistika terminləri lüğəti1. Müəyyən əlamətlərinə görə fərqlənən bəlli auditoriyası olan yayım; məs.: ovçular və ya balıqçılar üçün kanal.
2. Yerli sifarişə uyğun olaraq məhdud tamaşaçı və ya dinləyici dairəsi üçün nəzərdə tutulmuş yayım; məs.: kanalın yalnız bir bölgədə nümayiş etdirilən proqramları.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMüəyyən əlamətlərinə görə fərqlənən tamaşaçı və ya dinləyici dairəsi üçün nəzərdə tutulan veriliş.
Auditoriyanın rəngarəngliyi bu növ verilişlərin hazırlanmasını zəruri edir. Ü.V.-in konkret istiqaməti auditoriyanın coğrafi, demoqrafik göstəricilərinə, peşə mənsubiyyətinə, digər xüsusiyyətlərinə, həmçinin insanların maraq və meyillərinə (məs.: kənd əhalisi üçün; gənclər üçün; hərbçilər üçün; şahmat həvəskarları üçün verilişlər və s.) uyğun olaraq müəyyənləşdirilir.
Jurnalistika terminləri lüğəti1. Kütləvi informasiya vasitəsi redaksiyasının hazırladığı məhsulun ideya-bədii və dizayn xüsusiyyətlərinin, digər fərqləndirici əlamətlərinin vəhdəti.
2. Əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu.
3. Müəllifin, verilişin aparıcısının özünəməxsus yaradıcılıq tərzi.
4. Ünsiyyət məqsədilə dil vasitələrinin seçilməsi, seçilən vahidlərin əlaqələndirilməsi baxımından səciyyəvi dil növü; məs.: dil üslubu, funksional üslub.
5. Kompüter proqramları, hipermətn dillərində mətn, cədvəl, qrafiklərin və s.-nin tərtibatı qaydalarının toplusu.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti