Qış və üşümək sözləri eyni kökdən törəyib. Belə zənn etmək olar ki, sözün tarixi yaş kəlməsi ilə bağlıdır, yaş isə su (caş şəklində olub), yağış (çağış şəklində olub) anlamları ilə bağlıdır. Qaynaqlar göstərir ki, yağış təkcə “дождь” demək olmayıb, yuxarıdan aşağıya gələn çox şeyləri (qar, dolu, yağış...) əks etdirib. Mənbələrdə üşü “мерзнуть”, üşük isə “холод” anlamında işlədilib. Sonra soyuq sözü üşük sözünü sıradan çıxarıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiUy-uş-maq kimi olub, mənası “qatılaşmaq” deməkdir. Bişmiş südə çalası (maya) qatırlar, bir müddət sonra süd üyüşür, qatıq olur. Başıma üyüşüblər cümləsi də mövcuddur. Deməli, üyüşmək (uyumaq) toplaşmaq, əlaqələndirmək mənasını da verir. Tatar dilindəki üyüş sözü ruscaya слитный və собираться kimi tərcümə olunub. Deməli, üyüş (uyuş) sözü “bir yerə toplanmaq” mənasını verir. Ayaq da üyüşür (uyuşur): qan bir yerə yığılır və hərəkətini dayandırır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEtimonu üy (молоть) sözüdür. Həmin feil, ehtimal ki, ovmaq (xırdalamaq) sözünün dəyişmiş formasıdır. Üy indi müstəqil işlədilmir (Bəniz, bənzə sözlərinin tarixi kökü olan bən (bət) etimonu da belədir. O, indi bət-bəniz sözünün birinci hissəsində qalmaqdadır). Üyütmək “ovmaq” (əzmək), “uşaq”, “ufaq (xırda)” sözləri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti