1. Çılpaq, lüt. □ Əkin əkən, biçin biçən, ov ovlayan; Bədənləri büs-bütün üryan; Yoxsul babaların yurdudur. (O.Sarıvəlli).
2. Yarpağı tökülmüş, yarpaqsız, çılpaq (ağac, kol və s. haqqında).□ Buzlu çay sakit-sakit axır üryan ilğım kolları əsən şaxtalı küləyin altında o tərəf-bu tərəfə əyilirdi. (S.Rəhimov).
3. Məcazi mənada: yoxsul, kasıb, lüt.□ Mən, görürsən ki, nə cür üryanam. (A.Səhhət).
Azərbaycan dilinin izahlı lüğəti1. Yazıçının, rəssamın, heykəltəraşın, memarın, bəstəkarın və b.-nın yaradıcılığında özünü göstərən əsas ideya-bədii xüsusiyyətlərin, fərqlənmə əlamətlərinin vəhdəti; stil. □ Romantik üslub. Qotik üslub.
2. Ümumiyyətlə, üsul, tərz.
3. Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadə üsulu. □ Qəzet üslubu. Feilyeton üslubu. Nağıl üslubu.
4. Nitqin sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulması. □ Üslub səhvləri. Öz əsərinin üslubu üzərində işləmək. Məqalənin üslubunu düzəltmək.
Həmçinin bax:
1. Bir şeyin ən yuxarı səthi, üzü; üzər. □ Şkafın üstünü təmizləmək.
2. Sifət kimi: yuxarıda olan, yuxarıda yerləşən, yuxarıdakı. □ Üst çənə. Üst dişlər.
3. Uzanmış halda olan adamın üst tərəfi. □ Memar Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı sinəsinə qədər endirdi. (S.Rəhimov).
4. Tikilinin, binanın yuxarıdakı səthi; dam. □ Anbarın üstü örtülmüşdür.
5. Üzər. □ Kərimov cəld addımlarla çay kollarının üstündən keçib getdi. (H.Seyidbəyli).
6. Geyimin bayır tərəfi, üzü. □ Üstünü ləkələmək. Üstünü silkələmək.
7. Sifət kimi: üstdən geyilən. □ Mürşüd kişi köhnə qara şal pencəyinin ətəyini yuxarı qaldırıb, üst köynəyinin yamağını göstərdi. (Ə.Vəliyev).
8. Paltar, üst-baş. □ Üstünü dəyişdirmək. Üstünü şotkalamaq.
9. Kənar, qıraq, yaxınlıq. □ Bu bağça mənim yolumun üstündə idi. (Mir Cəlal).
10. Bel, dal. □ Əbil kəhər atın üstündə çox vüqarla oturmuşdu. (Ə.Vəliyev).
11. Üstündə şəklində – səbəb bildirir; ...görə, ...səbəbinə. □ Sənin üstündə mənə söz gələcək. Hər şeyin üstündə adam əsəbiləşməz.
12. Barəsində, haqqında, xüsusunda. □ Mən Səfiqulunun xalasıyam. Səninlə bir mətləb üstə danışmaq istəyirəm. (N.Vəzirov).
13. Sifət kimi: üstündəki şəklində – ixtiyarındakı, öhdəsindəki, üzərindəki. □ Bainhəmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə qurban demişik. (Ə.Haqverdiyev).
Həmçinin bax:
Paltar, pal-paltar, geyim. □ Üst-başını təmizləmək.
Həmçinin bax:
1. Yuxarıdan-aşağıya, yuxarıdan-aşağıya enərək, başıaşağı. □ Valentina isə oğlu ilə qızını ötərək üstdən-aşağı toplara sarı cumdu. (Ə.Əbülhəsən).
2. Başdan-ayağa, yuxarıdan-aşağıya. □ Çox qəlbi yerdə dayanmış Tapdıq üstdən-aşağı müəllimə baxdı. (Ə.Vəliyev).
Azərbaycan dilinin izahlı lüğəti