Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

teleqraf üslubu

Hər hansı xəbərin, yaxud fikrin yığcam, dəqiq və sadə formada ifadə tərzi.

T.Ü. jurnalistdən mümkün qədər az sözdən istifadə etməklə auditoriyaya maksimum informasiya çatdırmaq bacarığı tə­ləb edir. Bu üslubdan, əsasən, informasiya agentliklərinin xəbərlərində isti­fadə olunur. Lakin jurnalistikada T.Ü.-nun sadəliyi heç də onun bəsitliyi anlamına gəlmir. Əksinə, sözləri dəqiq seçmək, fik­rini aydın ifadə etmək üçün müəllif dil sahəsində dərin biliklərə yiyələnməlidir. Bu­nunla da T.Ü. termininin jurnalistikada və təbabətdə izahı fərqlənir. Tibb elmində ­­­T.Ü. ismin adlıq for­masından və qeyri-mü­əy­­­yən feillərdən is­tifadə nəticəsində sözlər arasında əlaqənin pozulması şəklində təzahür edən nitq ça­tışmazlığı kimi başa düşülür.

Jurnalistika terminləri lüğəti