1. Danışana görə əsas götürülən bir şeydən daha uzaq olan yeri, tərəfi bildirir. □ Ötədə oturmaq. Ötədən keçmək.
2. Bir şeyin dal tərəfi, dalı, arxası. □ Dağın ötə tərəfində. Stolun ötəsinə keçmək.
3. Sonrakı, ardı, dalı. □ Ötəsindən xəbərim yoxdur.
Üstün, artıq, ötkün. □ Hazırcavablıqda bacı qardaşından ötədir.
Azərbaycan dilinin izahlı lüğəti1. Gözucu, tez, ani.
2. Zərf kimi: gözucu, tez, ani. □ Ötəri baxmaq.
3. Məcazi mənada: səthi, dilucu, sözarası, könülsüz. □ Ötəri cavab.
4. Zərf kimi məcazi mənada: səthi, dilucu, sözarası, könülsüz. □ Ötəri salam vermək.
5. Müvəqqəti, keçici. □ ..Zərrintac xanımın gündüzkü qışqırtısı ötəri bir hal, bəy xanımlarına məxsus bir işvə-nazdır. (S.Rəhimov).
6. Zərf kimi: müvəqqəti, keçici.
Bax: ötrü.
Azərbaycan dilinin izahlı lüğəti