1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. □ Şəlalə çağlayır.
2. Məcazi mənada: qaynamaq, coşmaq. □ Əlimdə narınc çağlaram; Gülab ilə tel yaşaram; Getsən gileylik başlaram. (Xalq mahnısı).
3. Obrazlı təşbehlərdə qaynamaq, coşmaq mənalarında işlənmişdir. □ Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır; Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah! (B.Vahabzadə).
1. Çaxır (və b. içkilər) satılan dükan. □ Əvəzində buların çayçı, çaxırçı dükanı; Gecə-gündüz doludur cümlə müsəlman, mənə nə? (M.Ə.Sabir).
2. Çaxır dükanının sahibi. □ Mübahisə başlanardı, çaxırçı fit verərdi və yalandan qorodovoy gələrdi. (H.Sarabski).
3. Çaxır hazırlayan adam.
1. Odlu silahlarda zərb mexanizminin hissəsi; yay. □ Tapançanın çaxmağı.
2. Arxaizm. Çaxmaqdaşına vurub qığılcım çıxararaq qovu yandıran çox bərk daş, yaxud dəmir (polad) parçası. □ Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa. (C.Məmmədquluzadə).
3. Arxaizm. Od almaq üçün işlədilən çaxmaq, çaxmaqdaşı və qov bir yerdə. □ Çaxmaqla papirosu yandırmaq.
1. Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib buraxmaq; atəş açmaq; güllə ilə vurmaq. □ Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybətin kürəyinə bir güllə çaxır. (H.Sarabski).
2. Birdən-birə işıldamaq, parıldayıb bərk şaqqıldamaq (ildırım, şimşək haqqında). □ Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı. (M.S.Ordubadi).
3. Əllə və ya əldə tutulan bir şeylə vurmaq, ilişdirmək; qaxmaq. □ Mıx çaxmaq. Başına bir yumruq çaxdı.
Həmçinin bax: