Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çaxmaq1 [çaxmax] isim

1. Odlu silahlarda zərb mexanizminin hissəsi; yay. Tapançanın çaxmağı.
2. Arxaizm. Çaxmaqdaşına vurub qığılcım çıxararaq qovu yandıran çox bərk daş, yaxud dəmir (polad) parçası. Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa. (C.Məmmədquluzadə).
3. Arxaizm. Od almaq üçün işlədilən çaxmaq, çaxmaqdaşı və qov bir yerdə. □ Çaxmaqla papirosu yandırmaq.

çaxmaq2 [çaxmax] feil

1. Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib buraxmaq; atəş açmaq; güllə ilə vurmaq.Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybətin kürəyinə bir güllə çaxır. (H.Sarabski).
2. Birdən-birə işıldamaq, parıldayıb bərk şaqqıldamaq (ildırım, şimşək haqqında).Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı. (M.S.Ordubadi).
3. Əllə və ya əldə tutulan bir şeylə vurmaq, ilişdirmək; qaxmaq. Mıx çaxmaq. Başına bir yumruq çaxdı.

Həmçinin bax:

frazeologizm: beynində şimşək çaxmaq frazeologizm: gözündən şimşək çaxmaq frazeologizm: nə tüfəngə çaxmaqdır, nə sünbəyə toxmaq Azərbaycan dilinin izahlı lüğəti