azad (əslində azade) sözü həm müasir fars dilində, eləcə də müasir Azərbaycan dilində asılı olmayan, azad, müstəqil, boş (vaxt), maneəsiz, məhdudiyyətsiz, sərbəst mənalarını ifadə edir.
Bəzən bu adı Sasanilərin hakimiyyəti illərində İranda və Azərbaycanda mövcud olmuş əzadlar (əsilzadələr, zadəganlar) təbəqəsinin adı ilə əlaqələndirmək meyillərinə də rast gəlinir. Azad insan, azad cəmiyyət sözündə olduğu kimi, Azad kişi adının müstəqil, asılı olmayan mənası əsas götürülür. XX əsrdə Azərbaycanda olduğu kimi, Cənubi Qafqazın digər respublikalarında da populyar kişi adlarından olmuşdur. Adın daşıyıcılarından texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Əməkdar Elm Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Azad Mirzəcanzadə (1928-2006) müasir dövrün ən görkəmli neft alimi kimi neftçıxarma sahəsində yeni istiqamətin, radiotexnologiyanın yaradıcısı və inkişaf etdirilməsinin təşəbbüsçüsüdür. Görkəmli alim dünyanın bir sıra akademiyalarının fəxri akademiki, Beynəlxalq Şərq Neft Akademiyasının prezidenti olmuş, bir sıra orden və medallarla təltif olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Azad və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azadəli (bax: ad – AZAD; ƏLİ) kişi adı azad Əli mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Azadəli bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycanda Azadəli kişi adından formalaşmış soyadların kifayət qədər olması yaxın keçmişə qədər adın məişətimizdə geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Azad adı və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azadxan (bax: ad – AZAD; XAN) kişi adı Azad xan mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Azadxan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazat bir vaxtlar mövcud olmuş, indi dilimizdə köhnəlmiş sözlərdəndir.
Azərbaycanda çox qədimlərdə, ilkin feodal dövründə kiçik torpaq sahibləri azat adlanırdı. Bir çox lüğətlərdə nədənsə Azat kişi adı Azad adının təhrif olunmuş, dəyişmiş forması kimi izah edilir. Tam fərqli şəxs adlarıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAzat adı və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azatxan (bax: ad – AZAT; XAN) kişi adı Azat xan mənasındadır, daha dəqiq, Azərbaycanda ilkin feodal dövründə kiçik torpaq sahiblərinin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazalmaq feilinin kökündəndir.
Adətən lüğətlərdə Azay şəxs adının azalan, əskilən, həmçinin az, az olan, nadir tapılan mənalarını ifadə etməsi barədə izahlara rast gəlinir.
Dilçilikdə etnonim olması barədə də məlumatlara rast gəlinir. Mənbələrdə Aza, Azak, Azay şəxs adlarının apelyativini təşkil edən, bu gün arxaikləşmiş az sözünün igid, qəhrəman mənasını ifadə etməsi barədə məlumatlar mövcuddur. Ən qədim mənbələrdə də az sözünün yalnız şəxs adı kimi işlənməsi ilə bağlı mülahizələrə rast gəlinir. Əgər bu baxımdan yanaşsaq, onda igid mənasını ifadə edən az vahidi əsasında yaranmış şəxs adından etnonimə keçid olduğunu söyləmək mümkündür. Bu gün məişətimizdə Azay nadir kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazar sözünün dilimizdə iki mənası var: 1. Od, atəş, oda xidmət göstərən mələk, atəşgah. 2. Yeganə igid, nadir adam. Azər şəxs adı sözün birinci mənası ilə əlaqədar olub, od, alov, atəş mənasındadır.
Qədim atəşpərəstliyə görə, Azər Günəşin və odun vəkili bir mələkdir. Adın mənşəyi haqqında bu gün də müxtəlif fikirlər mövcuddur. Dilçilikdə mübahisə doğuran adlardan olan Azər antroponiminin araşdırmalarda Az etnik tayfasının adından olub, böyük, qüdrətli kişi anlamını verdiyi barədə məlumatlara da rast gəlinir. Bir çox mənbələrdə hətta Azərbaycan xalqının adı kimi izah olunur. İranda Günəş təqvimində ilin doqquzuncu, payızın üçüncü ayının (22 noyabr – 21 dekabr) adıdır. Digər mənbələrdə yeganə, igid, nadir adam kimi də izah olunur. İslam dini ilə əlaqədar tədqiqatlarda Azər şəxs adının “Quran”da Həzrət İbrahimin atasının ismi ilə əlaqədar olması barədə məlumatlar mövcuddur. Din tədqiqatçıları Azər adında birindən “Quran”da bəhs edildiyini qeyd edirlər. Həqiqətən də “Əl-Ənam” surəsində Azər (vurğu sözün birinci hecasına düşür) adına rast gəlinir, lakin ayədən də məlum olur ki, bu şəxs Həzrət İbrahimin atası deyildir. Hərçənd “Quran”da bu mövzuda “əb” (ata) sözü işlədilmişdir. Qeyd etmək lazımdır ki, mənbə dildə fars dilində də, Azərbaycan dilində də Azər adı tələffüz edilərkən vurğu ikinci hecaya düşür (a səsi uzun tələffüz edilir). Bu gün Azərbaycanda, İrandan fərqli olaraq (demək olar ki, fars dilində bu ada təsadüf edilmir), Azər antroponimi nəinki populyarlığını saxlamaqda davam edir, həm də törəmələrinə də təsadüf edilir. Məsələn, Azərçin, Azərə, Azərin və s. İranda Azər yalnız qadın adı olsa da, bizdə kişi adı kimi daha çox işlənir. Çox nadir hallarda da olsa, Azərbaycanda Azər adını daşıyan qadınlara rast gəlinir. Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan dilində XX əsrin iyirminci illərinə qədər Azər şəxs adı deyil, təxəllüs olmuşdur. Müəyyən dövrlərdə Azərbaycan ədəbiyyatı tarixində elə də bir zirvə qazanmamış bir neçə şair Azər təxəllüsü ilə şeirlər yazmışdır. Azərbaycan 1920-ci ildə öz müstəqilliyini əldə etdilkdən sonra Azər adı sanki xalqın varlığına, müstəqilliyinə bir alqış olaraq yayılmağa başlayır. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə də öz oğlan övladına bu adı vermişdi. H.Cavidin “Azər” poeması da bu dövrün məhsuludur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAzar və qədim türk dillərində, həm də çin dilində olan mürəkkəb adların hissəsi kimi çıxış edən çin sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərçin (bax: ad – AZƏR; ÇİN) antroponimi azər naminə, yaxud da azərin gücü, qüdrəti anlamını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAzar adı və türk mənş. bəzi müsəlman ölkələrində yüksək hərbi rütbə və mülki vəzifə sahiblərinə verilən adlardan olan, eləcə də mürəkkəb adların hissəsi kimi çıxış edən arxaikləşmiş paşa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərpaşa (bax: ad – AZƏR; PAŞA) kişi adı Azər paşa anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazim qərar verən, niyyət edən, yola düşən, yollanan, həmçinin böyük, ulu, ali, əzəmətli anlamına gəlir. Əl-Azim Allahın məlum 99 adından biridir, zat və sifətlərində əzəmətli olan anlamındadır.
Bu gün Azim kişi adı Azərbaycanda daha çox dilinin ahəng qanununa uyğunlaşdırılımış Əzim (bax: ad – ƏZİM) formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti