Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏMANƏT ərəb.

amanat (əslində emanet) sözündən olub, birinə inanaraq, daha dəqiq, etibar edərək müvəqqəti olaraq müəyyən bir şeyi tapşırma, vermə mənasındadır.

Dünyaya göz açmış övlada Əmanət adı verən valideynlər, ailə üzvləri, yaxınları əslində onun gələcək həyatını uca Tanrıya, Allaha tapşırmaqla daha çox uzun, rahat, əmin-aman həyat arzu edirlər, başqa sözlə, uşağın gələcəyini Allaha əmanət edirlər. Dilimizdə qadir Tanrıdan etibarlı, güclü, rəhmli, adil bir kimsənin olmamasına inam səbəbindən çox vaxt çətinə düşən, yola çıxan, bir işə başlayan, müşkül durumda olan, ağır xəstəlik zamanı və s. yaxınları tərəfindən insanlara alqış anlamında Allah amanati, Allaha amanat kimi, bir növ, xeyir-dua məzmunlu ümumişlək ifadələr bu gün də dilimizdə mövcuddur. Qeyd etmək lazımdır ki, Əmanət vaxtilə Osmanlı dövlət idarələrinə verilmiş adlardan olmuşdur. Sovet dövründə banklar da əmanət kassaları adlanırdı. Adın təhrif olunmuş for- ması Amanat da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Əmanət Türkiyə türklərində yalnız kişi adıdır. Əmanət adı uca Tanrıya əmanət etmə anlamını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti