Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AZAD fars.

azad (əslində azade) sözü həm müasir fars dilində, eləcə də müasir Azərbaycan dilində asılı olmayan, azad, müstəqil, boş (vaxt), maneəsiz, məhdudiyyətsiz, sərbəst mənalarını ifadə edir.

Bəzən bu adı Sasanilərin hakimiyyəti illərində İranda və Azərbaycanda mövcud olmuş əzadlar (əsilzadələr, zadəganlar) təbəqəsinin adı ilə əlaqələndirmək meyillərinə də rast gəlinir. Azad insan, azad cəmiyyət sözündə olduğu kimi, Azad kişi adının müstəqil, asılı olmayan mənası əsas götürülür. XX əsrdə Azərbaycanda olduğu kimi, Cənubi Qafqazın digər respublikalarında da populyar kişi adlarından olmuşdur. Adın daşıyıcılarından texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Əməkdar Elm Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Azad Mirzəcanzadə (1928-2006) müasir dövrün ən görkəmli neft alimi kimi neftçıxarma sahəsində yeni istiqamətin, radiotexnologiyanın yaradıcısı və inkişaf etdirilməsinin təşəbbüsçüsüdür. Görkəmli alim dünyanın bir sıra akademiyalarının fəxri akademiki, Beynəlxalq Şərq Neft Akademiyasının prezidenti olmuş, bir sıra orden və medallarla təltif olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti