ata (pay, bəxşiş, hədiyyə) və Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Ətaullah (bax: – ÜL- LAH) olan kişi adı Allahın, Tanrının hədiyyəsi mənasını ifadə edir. Azərbaycan antroponimikasında eyni mənanı ifadə edən Allahverdi, Tanrıvardi, Xudaverdi və s. kimi kişi adları sırasındadır. Adın təhrif olunmuş forması Ətaulla da sonradan uzun müddət müstəqil şəxs adı kimi işlənmişdir. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn satlərdən birinin düşməsi nəticəsində Ətaulla kişi adı bu gün Ətulla formasındadır. Adın təhrif olunmuş forması Atulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti