Bədii ədəbiyyatda sənətkarın qarşıya qoyduğu məqsədi orijinal tərzdə reallaşdırmaq üçün istifadə etdiyi vasitə; bədii priyom.
Bəzən B.Ü. bədii metodla eyniləşdirilsə də, metod daha geniş anlayışdır. B.Ü. daha çox əsərin kompozisiyası, bədii şərtiliyin formaları, yazıçı təhkiyəsi və s. ilə səciyyələnir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHəyat və cəmiyyət hadisələrinin, insan psixologiyası və mənəviyyatının bədii əsərdə təzahür etdiyi vaxt, çağ.
Bu zaman konkret və mücərrəd ola bilər. Lirikada B.Z. fəlsəfi və mücərrəd zamandır. B.Z. əsərdə keçmişi, bu günü və gələcəyi ifadə edə bilər. Bəzən əsərlərdə müasir, keçmiş və gələcək zaman bədii vəhdət təşkil edir. Məsələn, Y.Səmədoğlunun “Qətl günü” romanında hadisələr müasir dövrdə, yaxın keçmişdə və qədimdə cərəyan edir. Bu üsul əsərin bədii ideyasının əbədiliyinə işarə edir və onun daha qabarıq açılmasına xidmət edir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzərbaycan folklorunda əvvəlcədən hazırlaşmadan, bədahətən söylənilən şeir, ekspromt, meyxana.
Bu cür istedadı olan adama bədiyəçi deyirlər. Xalq oyun və tamaşalarında bədahətən deyilən söz və ifadələr B.-dir. B.-yə bəzən bədihə, basmaca, bədiyyə, bəstələmə, döşdəndedi, sinədəftər, qurama və s. də deyilir. Azərbaycan ədəbiyyatına məxsus meyxana B. şəkilində deyilmiş şeir formasıdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKeçmişdə cinsi məsələlərdən bəhs edən kitab; erotika, pornoqrafiya.
Əvvəllər təbabət və cinsi sağlamlıq haqqında olan bu kitablar zaman keçdikcə daha çox cinsi əlaqələrdən bəhs edən kitablara çevrilib. Bu kitabların içərisində insanda şəhvət hissi oyadan şəkillər də verilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər hansı şeirin tərkibində mənaca daha tutumlu misra, beyt və ya bənd.
Deyim tərzinə görə aforizmi xatırladan B. çox zaman məşhurlaşaraq zərbi-məsələ, kəlama çevrilir; məsələn:
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Bax bu miskin aşiqi sərpa soyarlar, ağrımaz. (İ.Nəsimi)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzərbaycan toylarında bəyin təriflənməsi zamanı aşıq və ya xanəndə tərəfindən oxunan mərasim nəğməsi.
Әsasən, beş misradan ibarət olur. Birinci üç misra qafiyələnir, sonuncu iki misra bütün bəndlərdə təkrarlanır; məsələn:
Qızılgülü dəstə-dəstə dərərlər,
Dəribən də yaylıq üstə sərərlər.
Aşıqlara müjdə xələt verərlər,
Görüm, a bəy, toyun mübarək olsun!
Sağdışına, soldışına borc olsun!
B.T.-ndə xanəndə bəyin valideynlərindən və yaxınlarından toy nəməri istəyir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti