fr. avant – qabaq, irəli + garde – qorumaq, mühafizə etmək
Ədəbiyyat və incəsənətdə yaradıcılıq ənənələrini inkar edən cərəyanlara verilən ümumi ad.
A. bədii əsərdə özünü, əsasən, ifadə tərzində, məzmun və formada, dil-üslub xüsusiyyətlərində göstərir. Modernizmlə müqayisədə daha radikal istiqamətdir. A. XX əsrin 20-ci illərində yaranıb, 30-cu illərdə, sosializm realizmi yaradıcılıq metodunun təşəkkül tapması ilə fəaliyyəti daralıb. XX əsrin 90-cı illərindən başlayaraq Azərbaycan ədəbiyyatı və incəsənətində də təzahür edib. Avropada dadaizm, sürrealizm, futurizm, kubizm cərəyanlarının nümayəndələri avanqard ədəbiyyatın nümayəndələri hesab olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. autos – özü + bios – həyat + grapho – yazıram, çəkirəm
Müəllifin şəxsi həyatını əks etdirən bədii və ya bədii-publisistik əsər.
A.Ə. müəllifin həyatını əks etdirən real hadisələrlə yanaşı, onun bədii təxəyyülündən doğan epizodları da ehtiva edə bilər. Klassik şair və yazıçıların əsərlərindəki avtobioqrafik məqamların aşkar edilməsi mətnşünas və tarixçilərin məşğul olduğu xüsusi araşdırma obyektidir. Ə.Xaqaninin “Töhfətül-İraqeyn” əsəri ədəbiyyatımızda ilk A.Ə. hesab olunur. H.Cavidin “Azər”, İ.Əfəndiyevin “Geriyə baxma, qoca!” əsərləri də A.Ə. nümunələridir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. autos – özü + onyma – ad
Təxəllüslə yazan yazıçının əsl adı.
Söz adamlarının əksəriyyəti yaradıcılığının müəyyən dövründə soyadlarını əvəz edən təxəllüsdən istifadə edirlər. Bu səbəbdən bəzən onların əsl adı oxucuya məlum olmur. Məsələn, Xaqani Şirvaninin A.-i – Əfzələddin İbrahim Əli oğlu, Mirzə Ələkbər Sabirin avtonimi – Mirzə Ələkbər Tahirzadədir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüəllifin öz yazdığı mətni nəzərdən keçirməsi, müəllif düzəlişləri.
A. müəllif mətninin makinadan, printerdən çıxmış nüsxələri və ya qəzet, jurnal nəşri üzərində edilir. Əsərin kitab halında çapına son hazırlıq məqsədi güdür. M.F.Axundzadə “Kəmalüddövlə məktubları” əsərini katiblərə köçürtdürdükdən sonra onu diqqətlə nəzərdən keçirib, mətni üzərində bəzi düzəlişlər aparıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsərin başqa dilə tərcüməsi zamanı tərcüməçinin orijinal əsərə sərbəst yanaşması, onu köklü şəkildə dəyişdirməsi.
A.E.T.-nin məqsədi tərcümə olunan əsəri yeni oxucu auditoriyasına uyğunlaşdırmaqdır. Bir çox hallarda A.E.T. müəllifin icazəsi ilə edilir. A.E.T. müəllif tərcüməsi ilə qarışdırılmamalıdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti