Qazax, qırğız və bəzi başqa türk xalqlarında el şairi və nəğməkarı.
A.-lar mahnılarını çalğı aləti dombranın müşayiəti ilə ifa edirlər. Qazax A.-ı Cambul Cabayevin (1846–1945), qırğız A.-ı Toktoqul Satılqanovun (1864–1939) adı ilə məşhurdur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti