Baş və budaq cümlələri bir-birinə bağlayan, adətən, sual əvəzlikləri və ya sual əvəzlikləri + “ki” ədatı ilə ifadə olunan vasitə.
Sual əvəzlikləri bağlayıcı sözlər kimi işləndikdə sual mənasını itirir və sintaktik funksiya daşıyır; məs.: Kim ki insanı sevər, aşiqi hürriyyət olur (M.Ə.Sabir). Nə tökərsən aşına, o çıxar qaşığına. Bağlayıcı sözlər həmişə budaq cümlədə işlənir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik ədəbiyyatda baharı təsvir edən lirik şeirlər; poemada baharın tərənnümü.
Bahariyyə qəzəl, qəsidə, məsnəvi kimi janrlarda işlənə bilər. Qətran Təbrizinin bahara aid şeirləri Şərq poeziyasında bahariyyənin ilk nümunəsi hesab olunur. Şah İsmayıl Xətainin “Dəhnamə” əsərinin başlanğıcındakı 62 beytdən ibarət parça bahariyyənin ən gözəl nümunələrindən biridir:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabeli mürəkkəb cümlənin qrammatik cəhətdən müstəqil olan tərkib hissəsi.
Baş cümlə tabeli mürəkkəb cümlənin qurulması üçün zəmin yaradır. Onun mürəkkəb cümlədə yeri sabit deyil: budaq cümlədən əvvəl və ya sonra gələ bilər; məs.: Hamı bilirdi ki (baş cümlə), zəhmət çəkilməsə, nəticə çox pis olacaq (budaq cümlə). Kim ki tənbəllik edir (budaq cümlə), istədiyinə nail olmur (baş cümlə).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiEpik və dramatik əsərlərdə yazıçının məqsəd və qayəsini əks etdirən aparıcı surət.
Əsasən, müsbət idealın daşıyıcısı olur. Çox zaman tarixi şəraiti, mühiti, sosial-iqtisadi quruluşu, müəyyən bəşəri və milli-mənəvi dəyərləri özündə əks etdirir. Bəzən mənfi surət kimi təqdim olunan baş qəhrəmanlara da (məs.: Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsində Qacar obrazı) rast gəlmək olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSüjetin əsasını təşkil edən konfliktin başlandığı hissə.
Başlanğıc təhkiyəyə məntiqi ardıcıllıq və aydınlıq verir. Lakin başlanğıc hazırlıqsız, gözlənilməz mahiyyətdə də ola bilər. Belə hallarda əsər ekspozisiyasız başlanır və başlanğıc hadisələrin inkişafına xüsusi kəskinlik verir. F.M.Dostoyevskinin bir çox əsərlərində belə başlanğıclar vardır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKiçik qeydlərin, hikmətamiz fikirlərin, şeirlərin yazıldığı poetik məcmuə.
Orta əsrlərdə ədəbi prosesi izləyən bir çox ziyalılar bəyəndikləri şeirləri bayazlara köçürür və bu üsulla poetik antologiyalar yaradırdılar. O dövrün bayazları müasir xatirə albomlarını xatırladır. XIX–XX əsrlərdə Azərbaycan ziyalıları mühitində ailələrdə saxlanılan bayazlarda seçmə şeir parçaları, dualar, ailədə əlamətdar hadisələrə dair qeydlər, tarixlər yazılırdı. C.Məmmədquluzadənin “Anamın kitabı” əsərində Gülbahar öz qardaşlarını atasından yadigar qalan bayazdakı ibrətamiz sözlərlə mehribanlığa və birliyə çağırır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətibədii dil
Ədəbi əsərlərin dili; obrazlılığı və emosionallığı ilə fərqlənən dil.
Başqa nitq formalarında (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) dilin kommunikativ və informativ funksiyası başlıca rol oynadığı halda, bədii dildə estetik qayə ön plana keçir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHəyatı obrazlı şəkildə əks etdirən şifahi və yazılı söz sənəti.
Bədii ədəbiyyatın kökləri mifologiya ilə bağlıdır. Mahnının mərasim tamaşalarından, sözün musiqidən ayrılması, şifahi şəkildə mövcud olan mənzum, ya mənsur əsərin mətn şəkli alması, sonra isə daha mürəkkəb təhkiyə formalarına düşməsi bədii ədəbiyyatın təkamül yoludur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti