Klassik ədəbiyyatda baharı təsvir edən lirik şeirlər; poemada baharın tərənnümü.
Bahariyyə qəzəl, qəsidə, məsnəvi kimi janrlarda işlənə bilər. Qətran Təbrizinin bahara aid şeirləri Şərq poeziyasında bahariyyənin ilk nümunəsi hesab olunur. Şah İsmayıl Xətainin “Dəhnamə” əsərinin başlanğıcındakı 62 beytdən ibarət parça bahariyyənin ən gözəl nümunələrindən biridir:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti