fr. romantisme
Ədәbiyyat vә incәsәnәtdә həyat hadisələrini yüksək ideallar prizmasından əks etdirən bədii metod.
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Avropa və Amerika ədəbiyyatında klassisizmi inkar edən ideya-bədii istiqamət kimi yaranıb. Lakin bir çox ədəbiyyatşünasların fikrinə görə, elə bir estetik istiqamət, ədəbi cərəyan, hətta bədii əsər yoxdur ki, orada bu və ya digər dərəcədə romantik əhvali-ruhiyyə özünü göstərməsin. Bu baxımdan romantizm ədəbiyyatda realizmə qarşı qoyulan bədii metod kimi qəbul edilib. Romantizmdə həyat hadisələrinə yazıçının subyektiv münasibəti üstünlük təşkil edir, real hadisələrdən daha çox, ideal hesab olunan hadisə, yaxud cəhətlər ön plana çəkilir. Romantizm daha çox sәnәtkarın arzu etdiyi xәyali hәyatın, xəyali surәtlәrin tәsvirinә әsaslanır. Azərbaycan ədəbiyyatında bu cərəyanın əsas nümayəndələri M.Hadi, H.Cavid, A.Səhhət, A.Şaiq və b. olublar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞәrqdә geniş yayılmış dördmisralı bənddən ibarət lirik şeir; birbəndli dördlük.
Rübai dərin ictimai, fəlsəfi və əxlaqi məzmuna malik olur; məsələn:
Elm ilə, ədəblə tapılır şərəf,
Mirvari olmasa, nə lazım sədəf?
Fürsətin var ikən sən işsiz qalma,
Boş yerə ömrünü gəl etmə tələf. (M.Füzuli)
Rübainin özünəməxsus ahəngi, vəzni vardır. Qafiyə quruluşu a.a.b.a şəklindədir. Dünya әdәbiyyatında rübainin klassik nümunәlәrini Ömәr Xәyyam yaradıb. Azərbaycan şeirində bu janrın mahir ustası XII əsr şairi Məhsəti Gəncəvidir. Müasir dövrdə də bir sıra şairlər bu janra müraciət edirlər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTərkibində yalnız bir qrammatik əsası olan cümlə.
Baş üzvlərin iştirakına görə sadə cümlələrin adlıq, müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz cümlə kimi növləri var. İkincidərəcəli üzvlərin iştirakına görə isə sadə cümlələr müxtəsər və geniş cümlələrə bölünür.
Həmçinin bax:
Bir kökdən ibarət olan və tərkibində sözdüzəldici şəkilçi (leksik) işlənməyən söz: baş, su, üç, ağ, gəl, bərk, ara, də, ah, ay və s.
Sadə sözlərin tərkibində bir və ya bir neçə sözdəyişdirici (qrammatik) şəkilçi iştirak edə bilər: kitablar, yazdım, oxumuşdur, əşyalarımızdır və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTələffüzü zamanı ağız boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan danışıq səsləri.
Saitin tələffüzündə hava axını mühüm rol oynayır. Bu hava axınının saitə çevrilməsi müxtəlif danışıq üzvlərinin iştirakı sayəsində mümkün olur. Tələffüzündə danışıq üzvlərinin iştirakı və vəziyyətinə görə saitlər müxtəlif şəkildə təsnif edilir: 1) dilin vəziyyətinə görə: dilönü saitlər (incə), dilarxası (qalın) saitlər; 2) alt çənənin vəziyyətinə görə: açıq (geniş) saitlər, qapalı (dar) saitlər; 3) dodaqların vəziyyətinə görə: dodaqlanan saitlər, dodaqlanmayan saitlər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. saqi – məclisdə şərab paylayan + fars. namə – məktub
Klassik Şərq, eləcə də Azərbaycan poeziyasında saqiyə xitabən yazılan lirik şeir.
Saqinamələr, adətən, qəzəl, qəsidə və digər janrlarda yazılır. Şərq poeziyasında bir çox poemalar proloq mahiyyəti daşıyan saqinamə ilə başlayır.
XII əsrdən etibarən fars, ərəb və türkdilli ədəbiyyatda saqinamələrə geniş təsadüf edilir. Onların әksәriyyәtindә nikbin ruh, hәyata bağlılıq, әsl hәyatı bu dünyada axtarmaq meyli güclüdür. Adətən, saqinamələr ayrı-ayrı məsnəvilərin əvvəllərində verilir. Anadilli şeirimizdə saqinamənin klassik nümunələri ən çox Füzuliyə aiddir.
Saqi, mədəd et ki, dərdməndəm!
Ğəm silsiləsinə payibəndəm.
Ğəm dəfinə cami-mey dəvadı.
Tədbiri-ğəm eyləmək rəvadır.
Səndən nə inayət olsa vaqe,
Fikr etmə ki, məndə ola zaye.
Mən bir sədəfəm, sən əbri-niysan,
Ver qətrəvü, al dürri-ğəltan.
Saqinamələrdə mey, şərab, badə, saqi ifadələri real məna deyil, daha çox simvolik xarakter daşıyır. Bu obrazlar təsəvvüf fəlsəfəsi ilə əlaqədar konkret mənalara malikdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTələffüzü zamanı ağız boşluğunda müəyyən maneələrə rast gələn və bu maneələri dəf etməklə tələffüz olunan danışıq səsləri.
Səs tellərinin iştirakına görə samit səslər iki növə ayrılır: kar samitlər, cingiltili samitlər. Azərbaycan dilində 25 samit səs var. Bunlardan 14-ü cingiltili: [c], [v], [ğ], [g], [b], [z], [j], [d], [q], [y], [l], [m], [n], [r], 11-i isə kar samitdir: [ç], [f], [h], [x], [k], [p], [s], [ş], [t], [k`], [x`]. [h] kar samitinin cingiltili qarşılığı, [l], [m], [n], [r] cingiltili samitlərinin isə kar qarşılığı yoxdur. [l], [m], [n], [r] samitləri sonor samitlər adlanır. [m], [n] samitlərinin tələffüzündə hava axını, əsasən, burun boşluğundan çıxdığı üçün onlar burun samitləri də adlanır. Digər samitlər isə ağız samitləri adlanır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHökmdarların və saray əyanlarının sifarişi ilə yazılmış əsərlər məcmusu.
Bu əsərlərdə daha çox hökmdarların və yüksəkvəzifəli şəxslərin tərifinə, onların həyatından bəhs edən mövzulara yer verilirdi. Sarayda cəm olan ədiblərin başçısına məliküş-şüəra deyilirdi. Saray ədəbiyyatının ən geniş yayılmış janrı qəsidə (xüsusilə fəxriyyə) idi. Saray ədəbiyyatına daxil olan süjetli əsərlərin əsas qəhrəmanları hökmdar, şahzadələr və əyanlar olurdu. Q.Təbrizi, Ə.Xaqani, M.Gəncəvi, Ə.Gəncəvi, M.Beyləqani, Ş.Q.Ənvar, B.Şirvani və b. Azərbaycan saray ədəbiyyatının nümayəndələri idi. Azərbaycan ədəbiyyatında saray ədəbiyyatı ənənələri XVI-XVII əsrlərə qədər davam edib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. sarkadzo – parçalamaq, cırmaq
Satirik gülüş; kinayənin kəskin forması.
Sarkazm ədəbiyyatşünaslıqda təriz də adlanır. Sarkazmda istehza və tənə kinayəyə (ironiyaya) nisbətən daha güclü və öldürücü olur. İfşa və amansızlıq sarkazmın əsas xüsusiyyətləridir. C.Məmmədquluzadənin “Ölülər” əsərində Kefli İsgəndərin Şeyx Nəsrullah və onun yanında olan cahillərə dediyi sözlər sarkazmın tipik nümunəsidir: “Bəli, bəli, bunlar elm dəryasıdır. İndi də ki, inşallah, siz cənabdan da ölü diriltmək elmini öyrənərlər, onda dəxi lap alim olarlar”.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii, bədii-publisistik әsәrlәrdə təzahür edən və ictimai hәyatın mәnfiliklәrini kәskin ifşa edən bədii gülüş.
Satirik gülüşün əsasını tənqid təşkil edir. Satiranın əsas tənqid hədəfi cəmiyyətdəki ədalətsizlik, insan hüquqları və mənəvi dəyərlərin tapdanması kimi sosial məsələlərdir. Ədəbiyyatda satira mühüm ifşa vasitəsidir. Fransız yazıçısı Rable (XVI әsr) vә ingilis yazıçısı Conatan Sviftin (XVIII əsr) feodal quruluşunu, ruhanilәri, hakim siniflәrin ikiüzlülüyünü ifşa edәn satirik әsәrlәri mәşhurdur. Azərbaycan ədəbiyyatında satiranın banisi Q.Zakir hesab olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜmumi qrammatik mənasına görə əşyanın miqdarını və ya sırasını bildirən əsas nitq hissəsi.
Say neçə? nə qədər? neçənci? suallarına cavab olur; məs.: beş, on iki, yüzlərlə, xeyli, üçüncü və s. Saylar mənaca iki yerə bölünür: miqdar sayları, sıra sayları. Miqdar sayları mənaca üç yerə bölünür: müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları, kəsr sayları.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzәrbaycan şifahi xalq ədəbiyyatında maldarlıq vә qoyunçuluqla bağlı əmək nəğmələri.
Sayaçı sözlərində çobanların həyat tərzi, məişəti təsvir olunur. Holavarlar kimi, sayaçı sözləri dә çox vaxt bayatı formasında olur. Dili və üslubunun sadәliyi, aydınlığı ilə seçilən sayaçı sözlərində misraların sayı 4, hecaların sayı 7, qafiyə quruluşu isə a.a.b.a şəklindədir. Bununla yanaşı, misralarının sayı artıq olmaqla bərabər, bütün misraları həmqafiyə olan sayaçı sözləri də vardır:
Nənəm qoyunun ağı,
Gedir, dolanır dağı.
Qızlara cehiz ağı,
Uşağa bələk bağı.
Qarı tutanda yağı,
Gəlin yeyir qaymağı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti