Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məliküş-şüəra

Orta әsrlәrdә Yaxın vә Orta Şәrq ölkәlәrindә sarayda şairlәr mәclisinin başçısı.

Məliküş-şüəra hökmdar tərəfindən verilən fəxri ad və vəzifə idi. Azərbaycanda Şir­vanşahlar dövründə Əbülüla Gəncəvi məliküş-şüəra kimi tanınırdı. Həbibi Səfəvilərin məliküş-şüərası kimi təqdim olunurdu. Sarayda böyük nüfuz sahibi olan məliküş-şüəra, bir qayda olaraq, padşahın hәyatı, fәaliyyәti, xüsusilә müha­ri­bəlәri haqqında әsәrlәr yazmağa, onu tәriflәmәyә, şöh­rәt­lәndirmәyә borclu idi.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti