Milli-ictimai təfəkkürün ifadəsi olub mətbuatda funksionallaşan və müxtəlif mövqeləri, maraqları əks etdirən üslub.
KİV-in: qəzetlərin, jurnalların, radionun, televiziyanın, eləcə də elmi-kütləvi kitabların və s.-nin dili publisistik üsluba aiddir. Publisistik üslubun iki forması var: 1) şifahi forma – buraya radio dili, televiziya dili, eləcə də kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən (natiqlərin çıxışlarında, yerdən atılan replikalarda və s.) dil daxildir; 2) yazılı forma – buraya qəzetlərin, kütləvi jurnalların, elmi-kütləvi kitabların və s.-nin dili daxildir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. pathos – hiss, emosiya
Nitqdə fikir və informasiyadan daha çox, duyğuların yüksək emosionallıqla ifadəsi; patetika.
Ritorik kateqoriya kimi bu termin elmə ilk dəfə Aristotel tərəfindən gətirilib. Yunan aliminin şərhinə görə, P. elə bir üsuldur ki, onun vasitəsilə müəllif (və ya natiq) oxucuda (auditoriyada) müvafiq duyğular, emosional reaksiya yaradır. Sonralar filosoflar estetikada P.-un müxtəlif növlərini qeyd ediblər: qəhrəmanlıq P.-u, faciə P.-u, sentimentallıq P.-u, romantik P. və s. Oda, qəsidə, faciə kimi janrlarda P.-a daha çox müraciət olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. palaios – qədim və mühüm + grapho – yazıram
Yazı tarixini, qrafik işarələrin inkişaf qanunauyğunluqları və təkamülünü öyrənən tarixi-filoloji fənn.
XVII әsrdә Avropada yaranıb. Həmin dövrdə P. elminin təyinatı indikindən fərqli idi. O vaxt P. sənәdlərin hәqiqiliyini, yaxud saxtalığını tәyin edirdi. P. yazılma tarixi mәlum olan әlyazmaların kağızını, xәttini, hәrflәrin növünü, ornamentini, cildini vә s. cәhәtlәrini öyrәnәrək müqayisә yolu ilә tarixi mәlum olmayan әlyazmalar haqqında müәyyәn fikirlər yürüdür. Paleoqrafik tәdqiqat prosesində tarix, dilçilik, әdәbiyyat tarixi, mətnşünaslıq vә s. elmlәrin kömәyinә müraciәt edilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQrafik fiqur: söz, söz birləşmələri və ya cümlələrin soldan-sağa və sağdan-sola eyni cür oxunması; məs.: kələk, ənənə, kiçik, qabaq.
Poeziyada formalizmin təzahürlərindən biridir. P. əsasında şeir və poemalar yazılıb. Əlbəttə, bu zaman söz fikrə deyil, fikir sözə, formaya tabe edilir. Rus poeziyasında daha geniş yayılıb. Məsələn, V.Xlebnikovun “Razin” poeması bu üsulla yazılıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiing. pamphlet – broşür
Siyasi məzmunda yazılmış kiçikhəcmli, satirik, bәdii-publisistik әsәr.
P.-də ictimai quruluş, ayrı-ayrı şəxslərin, yaxud müəyyən siyasi partiyaların, qrupların, müəssisələrin yarıtmaz və ya cinayətkar fəaliyyəti kəskin satira atəşinə tutulur. P.-ə yaxın publisistik əsərlər hələ antik dövrdən məlum olsa da, janr kimi Renessans dövründə formalaşıb. Siyasi publisistikanın bu janrına xas olan əsas cəhətlər müәllif istehzası, şişirtmә, satirik ümumilәşdirmədir. Dünya ədəbiyyatı tarixində Conatan Sviftin (1667-1745), Daniel Defonun (1661-1731) P.-i məşhurdur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. pan – bütün, hər şey + teos – Allah
Kainatı bütövlükdə Tanrı kimi qəbul edən fəlsəfi yanaşma.
P.-də hər şey Tanrının bir hissəsi olaraq qəbul edilir; Tanrı hər şeydir və hər şey Tanrıdır. Allah təbiətdə və ya əksinə, təbiət Allahda birləşir. P.-ə görə, Tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. P. Şərq ədəbiyyatında, həmçinin Azərbaycan ədəbiyyatında təsəvvüf ideyaları ilə çox yaxındır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. panto – hər şey + mimos – mimika, təqlid
Duyğu və düşüncələri sözdən istifadə olunmadan bədən və üz hərəkətləri ilə əks etdirən tamaşa.
Teatr sənətinin bir elementi kimi qədim zamanlardan mövcuddur. Müstəqil teatr sənəti kimi M.ö. I əsrdə Romada yaranıb. P.-da aktyorun bədən plastikası və qrim mühüm rol oynayır. Bəzi pantomim ifadələri: bir əlin ürək üzərinə qoyulması – eşq, məhəbbət ifadəsi; gözlər üzərinə yerləşdirilən əllərin aşağıya doğru çəkilməsi – göz yaşı; sıxılmış yumruqların baş üzərində yellənməsi – “hirs”; qolların çarpaz olaraq aşağıda tutulması – arzu və s. Bu gün Azərbaycanda da Dövlət Pantomima Teatrı fəaliyyət göstərir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. – fərqləndirmə
Antitezanın növlərindən biri: ziddiyyət təşkil edən tərəflər kimi antonim və ya əksmənalı anlayışların deyil, sinonimlərin çıxış etməsi.
Bu, mənaca yaxın sözlər arasındakı fərqi vurğulamağa imkan verir. Bu zaman sinonimlərdən biri inkarlıq ifadə edən şəkilçi vasitəsilə təzad yaradır. P. üçün “amma”, “lakin” bağlayıcılı qarşılaşdırıcı konstruksiyalar səciyyəvidir: Yalan ayaq tutar, amma yeriməz; Doğru büdrəyər, amma yıxılmaz. Belə konstruksiyalarda qarşılaşdırılan yaxınmənalı sözlərdən (ayaq tutmaq – yerimək, büdrəmək – yıxılmaq) ikincisi leksik məna baxımından üstün olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiElmi ictimaiyyətin əksəriyyəti tərəfindən qəbul edilən nəzəri müddəalar, anlayışlar və terminlər.
Əsasən, linqvistikada “sözün qrammatik formaları” mənasında işlədilən P. terminindən ədəbiyyatşünaslıqda da cərəyan və üslubların xarakteristikasında istifadə olunur. Məsələn, postmodernizmə məxsus olan P.-lar bunlardır: vahid janr, metod standartlarından qəsdən uzaqlaşma, ədəbi ənənədən imtina və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. paradoks – qəribə, gözlənilməz
Məntiqi cəhətdən izah edilə bilməyən, lakin real həyatla ziddiyyət yaratmayan mühakimә.
“Ən yaxşı reklam antireklamdır” cümləsi P.-a nümunə ola bilər. P.-u üslubi fiqur, antitezanın bir növü kimi də qəbul etmək olar. Bir çox aforizmlərdə bu fiqurdan geniş istifadə edilir: “Nәfsdәn yaxa qurtarmağın әn yaxşı yolu nәfsli olmaqdır” (O.Uayld). P.-da әks olunmuş fikir gözlәnilmәzliyi vә qәribəliyi ilə ilk baxışdan tәәccüb doğurur. Məhz bu xüsusiyyəti fikrin ifadəliliyinə, bədii təsir gücünə xidmət edir: “Mən sizin haqqınızda o qədər böhtan eşitmişəm ki, artıq məndə şübhə yoxdur: siz gözəl adamsınız” (O.Uayld).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. paraphrasis – əsərin nəql edilməsi
Oxucunun, şərhçinin ədəbi əsəri öz sözü ilə nəql etməsi.
P.-ın müxtəlif növləri mövcuddur: kiçik əsərin şərhlərlə nəqli, nəzm əsərinin nəsrlə nəql olunması, iri əsərin sadələşdirilməsi (adaptasiya) və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. parallelizmos – yanaşı gedən
Üslubi fiqur: qrammatik və semantik strukturuna görə eyni və ya oxşar olan elementlərin mətndə yanaşı gəlməsi.
P. çox zaman fikirlərin, təsvirlərin müqayisəsinə xidmət edir. Belə müqayisə hadisələrin oxşarlığını və ya fərqini vurğulayır, poetik nitqə xüsusi ifadəlilik verir; məsələn:
Qoca dənizçi danışdı mənə:
Fikirli olur, – dedi,
Məkrli olur, – dedi,
Sirli olur, – dedi,
Təmiz olur, – dedi,
Kirli olur, – dedi, – dəniz. (R.Rza)
Leyli demə – cənnət içrə bir hur,
Məcnun demə – zülmət içrə bir nur. (M.Füzuli)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. – dəniz ilahı Poseydonun oğlu
Keçmişdə “şeir aləmi”, “poeziya” mənalarında işlənmiş termin.
Qədim yunanların etiqadına görə, Yunanıstanda Parnas silsilə dağlarının ətəklərindəki Apollon məbədi, bədii sənətlər – şeir, musiqi, teatr və s. ilahlarının məskəni olub. P. ifadəsi də həmin bu məkanın adından götürülüb. Həmçinin Fransada XIX əsrin sonlarında “saf sənət”, “sənət sənət üçündür” prinsiplərini güdən şairlər qrupunun da adı “Parnas” olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti