Bir cümlədə iddia olaraq fikrin həm doğru, həm də yalan olduğunu ifadə edən mәntiqi paradokslardan biri.
E.P.-nun mahiyyəti təxminən bir cümlədən ibarətdir; məs.: "Kritli Epimenid deyir ki, bütün kritlilər yalançıdır"... Paradoksun açılışı çox sadədir. Əgər kritlilər yalançıdırsa, deməli, Epimenid özü də kritli olduğu üçün onun sözü də yalandır. Deməli, bu paradoks həm də kritlilərin yalan danışmadığını ifadə edir. Eyni məntiqlə yanaşdıqda M.Füzulinin aşağıdakı beytində E.P. var:
Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti