Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

adaptasiya

lat. adaptatio – uyğunlaşma, uyğunlaşdırma

Hər hansı bədii əsərin müəyyən oxucu auditoriyasının səviyyəsinə uyğunlaşdırılması.

Adaptasiya, əsasən, yaş qrupuna görə aparılır. Bu zaman əsərdə əsas süjet xətti saxlanılmaqla ixtisarlar edilir və əsərin dili sadələşdirilir. Adaptasiya zamanı əsərin dil və üslubu ilə yanaşı, onun forma və janrı da dəyişikliyə uğraya bilər (daha çox nəzm nəsrlə əvəz olunur). Məsələn, N.Gəncəvinin “Xəmsə”si, eləcə də Ho­merin “İliada” və “Odisseya” əsərləri uşaq və yeniyetmə oxu­­cu­ların səviyyəsinə uyğun adaptasiya olunub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti