Şifahi xalq ədəbiyyatında lirik şeir janrı: körpə uşaqları yatırtmaq üçün müəyyən melodiya ilə oxunan həzin şeir; nənni, beşik nəğməsi.
Laylalarda analar öz övladları ilə bağlı arzu və istəklərini dilə gətirirlər. Laylalar qafiyə quruluşu və misraların sayı baxımından bayatıya oxşayır; məs.:
Qızılgül butam, laylay,
Ətrinə batam, laylay.
Balam ərsəyə çata,
Toyunu tutam, laylay.
Laylaların nəqərat hissəsi də olur ki, çox zaman hər dördmisralıq bənddən sonra təkrarlanır:
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün ifadə etdiyi anlayış, məfhum.
Sözün leksik mənası izahlı lüğətlərdə əks olunur. Hər bir izahda sözün aid olduğu ümumi anlayış və ona xas olan əlamətlər sadalanır. Məsələn: feil – əşyanın hərəkətini bildirən əsas nitq hissəsi. Burada “nitq hissəsi” – ümumi anlayış, “əşyanın hərəkətini bildirən” və “əsas” isə anlayışa xas olan əlamətlərdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün leksik mənasını dəyişdirən şəkilçi.
Leksik şəkilçilər sözün mənasını dəyişsə də, yeni sözlə kök arasında məna yaxınlığı olur; məs.: göz-lük, yaz-ı-çı, gör-üş, ailə-vi, neft-çi, bir-ləş və s. Misallardan da göründüyü kimi, sözlərə qoşulan şəkilçilər bir mənadan başqa bir məna yaratmışdır. Göz insanın bədən üzvlərindəndir, lakin gözlük gözə taxılan bir əşyadır. Dilimizdə leksik şəkilçilər sözə qrammatik şəkilçilərdən əvvəl qoşulur: kitab-xana-çı-lar-ımız-dır və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏdəbi yaradıcılığın, cərəyanın, yaxud bədii əsərin ana xətti, aparıcı, istiqamətverici motivi.
Bu termin ədəbiyyatşünaslığa musiqidən keçib. Leytmotiv əsəri başa düşmək üçün açar rolu oynayan əsas söz, ifadə, cümlə, bədii surət, yaxud süjet şaxəsidir. O, əsərin ideya-emosional yükünü özündə cəmləşdirən və əsərboyu dəfələrlə nəzərə çatdırılan ünsürdür. Məsələn, C.Məmmədquluzadənin “Ölülər” əsərində Kefli İsgəndərin dilindən verilən “Allah sizə rəh-mət eləsin, ölülər” ifadəsi həmin əsərin əsas leytmotividir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii obrazların hərəkəti, zahiri görkəmi və ya xasiyyətinə görə onlara verilən ad; ayama.
Ləqəblərdən yazılı әdәbiyyatda vә folklorda personajın xarakterinə, şәxsiyyәtinə, mühitinə eyham vurmaq mәqsәdilә istifadә edilir. M.Cəlalın “Bir gəncin manifesti” romanında Vəznəli kişi, S.Rəhimovun “Mehman” povestində Qaloş obrazları buna misal ola bilər. C.Məmmədquluzadənin əsərlərində ləqəb ifadəsi ayama şəklində verilib: “...Bizim kənddə şəxs yoxdu ki, onun bir ayaması olmasın. Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni ləqəb...” (“Danabaş kəndinin əhvalatları”)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKomik süjetli folklor janrı: gülməli və məzəli əhvalat haqqında yığcam, qısa hekayə.
Lətifələrimizin əsas qəhrəmanları Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım, Mirzə Bağı, Hacı dayı və başqalarıdır. Müəyyən bölgə ilə bağlı geniş yayılmış lətifə topluları da var; məs.: Şəki lətifələri, Qabrovo lətifələri. Bir çox lətifələr novella xarakterlidir: gülüşdoğuran əsas fikir son cümlədə açılır. Bu cümlələr bəzən xalq arasında geniş yayılaraq məsələ çevrilir; məs.: “O vaxta ya xan ölər, ya eşşək”, “Dava yorğan davası imiş” (Molla Nəsrəddin lətifələri). Didaktik xarakterli lətifələr də (Bəhlul Danəndə lətifələri) var.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. libretto – kitabça > liber – kitab
İrihəcmli musiqi-vokal əsərinin (opera, operetta, oratoriya və s.) bədii-dramaturji mətni.
Libretto müəllifi şair, yazıçı, bəzən isə musiqi əsərinin müəllifi – bəstəkarın özü olur. Məsələn, Ü.Hacıbəyli bəstələdiyi opera və operettaların librettosunu özü yazıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti