Müəyyən qayda ilə düzülən və müxtəlif xüsusiyyətləri: yazılışı, tələffüzü, mənası və ya başqa dilə tərcüməsi göstərilən sözlər toplusu; sözlük.
İlk türkdilli lüğət Mahmud Kaşğarinin yazdığı “Divanü lüğat-it-türk”dür. Lüğətlər iki cür olur: 1. Ensiklopedik lüğətlər. Bu lüğətlərdə, əsasən, adlar – terminlər və xüsusi isimlər yer alır. 2. Filoloji lüğətlər: izahlı, terminoloji, ikidilli, orfoqrafik, orfoepik, etimoloji və s. Lüğətlərdə sözlər, adətən, əlifba sırası ilə düzülür. Lakin sözlərin işlənmə tezliyini göstərən tezlik lüğətləri, eləcə də mövzular üzrə tərtib olunan bəzi ensiklopedik lüğətlərdə sözlərin əlifba ardıcıllığı gözlənilmir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti