Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

aparat-studiya bloku (ASB)

Teleradio proq­ramlarının formalaşdırıldığı və yekun mər­hələyə çatdırıldığı mərkəz.

ASB-nin tər­­ki­binə studiyalar və aparat otaqları da­xildir. Bu studiya və aparat otaqlarının sayı, təchizatı radio və TV-nin texniki baza­sın­dan, yayım gücündən, onun statusundan asılıdır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

aparıcı

Teleradio verilişinin hazırlan­ma­sında efirəqədərki yaradıcılıq prosesinin iştirakçısı olan və onu efirdə auditoriyaya təq­dim edən jurnalist.

A. verilişin kom­po­nentlərini əlaqələndirir, yeri gəldikdə izahat verir, öz əlavələrini bildirir, mikrofon qar­şısında söhbətin gedişini nizamlayır, diskussiyaya moderatorluq edir. A.-nın ­diktordan əsas fərqi onun həm verilişin ha­zırlanması, həm də efirdə auditoriyaya təqdim edil­məsi zamanı məsələlərə fəal müdaxilə sə­lahiyyətinə malik olma­sında­dır. Verilişin re­daktoru, həmçinin xüsusi dəvət edilmiş mütəxəssis və ya publisist də A.-lıq edə bilər.

Jurnalistika terminləri lüğəti

arxa plan

lat. planum – müstəvi

1. Televiziya və kino kadrında, fotoşəkildə əks olunmuş məkanın şərti bölgüsü zamanı müşahidə nöqtəsindən ən uzaqda görü­nən hissə.

2. Məcazi mənada: az əhəmiyyət kəsb edən, o qədər də vacib olmayan yer, mövqe; məs.: A.P.-a keçirilmiş məsələ. 

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

arqument

lat. argumentum < arguere – sü­but gətirmək, əsaslandırmaq

Bir fikrin doğruluğunu təsdiq edən sübut.

A. jur­na­listikanın debat, şərh kimi janrlarında mü­əllifin öz mövqeyini əsaslandırmaq üçün istifadə etdiyi faktlar və məntiqi konstruk­siyaların cəmidir. 

Jurnalistika terminləri lüğəti