Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

apologiya

yun. apologia – müdafiə, haqq qazandırma

Həddən artıq qızğın müda­fiə; hədsiz tərif.

İlkin mənada Qədim ­Yu­na­­nıstanda məhkəmələrdə müdafiə nitq­­­­lərini A. adlandırır (məs.: Platonun və Kse­nofontun «Sokratın A.-sı» əsərləri), Qədim Romada xristianlığın fəal müda­fiə­sinə çıxış edənlərə apologetlər deyirdilər. Çağdaş anlamda isə A. «şişirdilmiş tərif», «məd­dah­lıq» söz və ifadələrinin sinonimi kimi işlənir.

Jurnalistika terminləri lüğəti