Verilənlərin təhlili və başqa mətnlərin monitorinqi əsasında avtomatik üsullarla xəbər, məqalə hazırlanması sahəsində fəaliyyət.
Belə materialları xüsusi proqramlaşdırılmış kompüterlər – robotlar yazır. Alqoritm-məqalələr hazırlayan maşınlar vasitəsilə «jurnalistikanın robotlaşdırılması» deyilən prosesin başlanğıcı 2012-ci ildə ABŞ-da qoyulub. Los Angeles Times qəzetinin Quakebot adlı kompüteri daim seysmik mərkəzlə əlaqədədir, zəlzələ baş verən kimi özü xəbər tərtib edib redaktora yollayır. BBC-də alqoritm-robotlar müxtəlif mənbələrdən topladıqları informasiyalar əsasında idman yarışlarını işıqlandırırlar, bu zaman həm oyunun gedişini, həm də komandalar arasında qarşılaşmaların tarixini ani olaraq təhlil edirlər. The Guardian öz həftəlik nəşrini alqoritmlər vasitəsilə formalaşdırır: robotlar həftə ərzində dərc olunmuş ən populyar məqalələri seçib qısa müddətdə səhifələyirlər. Getdikcə A.J. mürəkkəbləşir: bəzi KİV-də robotlara mətnlərin redaktəsi də həvalə olunur.
Jurnalistika terminləri lüğətilat. alternatus – başqa
1. Bir-birini istisna edən, yaxud bir-birinə uyğun gəlməyən imkanlar, nümunələr, yaradıcılıq formaları, habelə onlar arasında seçim etmək zərurəti.
2. Çoxluğun düşüncə tərzindən, mövqeyindən, bir şeyə münasibətindən fərqlənən; məs.: A. fikir, A. baxış.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Bax: yeni jurnalistika.
2. Cəmiyyətdə hakim ideologiyaya tabe olmayan, fərqli baxışları və fikirləri əks etdirən KİV-in toplusu, habelə jurnalist fəaliyyəti növü.
Bu növ jurnalist fəaliyyəti, əsasən, söz və mətbuat azadlığı məhdudlaşdırılan ölkələrdə yayılıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. Amplitude Modulation – amplituda modulyasiyası
Radio siqnalları vasitəsilə informasiyanı ötürmək üçün elektron rabitədə istifadə edilən modulyasiya texnikası.
Orta dalğalarda 530–1700 kHs tezliklərində yayım bu texnikanın tətbiqi ilə aparılır.
Jurnalistika terminləri lüğətiGün ərzində baş verən ən vacib, diqqətəlayiq hadisələri praym-taymda izləyiciyə çatdıran, məzmunca müxtəlif bloklardan ibarət xəbər proqramı formatı.
A.X.B., adətən, 20–60 dəqiqə, bəzən daha çox davam edir, materiallar gün ərzində efirə verilən digər xəbər bülletenlərinə nisbətən daha uzun, çatdırılma texnikası daha mürəkkəb olur, zəngin vizual informasiyadan, qrafikadan və s.-dən istifadə edilir.
Jurnalistika terminləri lüğətiyun. ana – yenə + yun. phero – daşıyıram, aparıram
Mətndə eyni səslərin, sözün, ifadənin bir neçə cümlənin, yaxud hər hansı nitq parçasının əvvəlində təkrarlanması.
A.-lardan bədii mətnlərdə, reklam müraciətlərində informasiyanın təsir gücünün artırılması, onun daha yaddaqalan olması üçün istifadə edilir.
Jurnalistika terminləri lüğətiProblem və proseslər haqqında məlumat verməkdən çox, onların təhlilinə, fakt və hadisələr arasında əlaqələrin izahına həsr olunmuş jurnalistika janrlarının cəmi.
Bu janrlara məqalə, icmal, xülasə, resenziya, jurnalist araşdırmaları və s. aiddir. A.J. gerçəkliyin cəmiyyət tərəfindən tam anlaşılması üçün onu sistemli, vahid formada təqdim etməyə çalışır: ilk baxışdan dağınıq görünən faktları bir araya toplayır, onlar arasında daxili məntiqi bağları açıb göstərir. A.J.-nın əsas məqsədi dərin elmi tədqiqat aparmaq deyil, olayları, faktları, prosesləri izah etməkdir.
Jurnalistika terminləri lüğətiyun. analogos – uyğun, mütənasib
1. Bir şeyə uyğun gələn, bənzər.
2. Ardıcıl, dəyişkən fiziki parametrlərə malik olsa da, bölünməz, tərkib hissələrinə ayrılmayan və özündə informasiya daşıyan siqnal, o cümlədən yayım siqnalı.
Belə siqnal hansı tezlikdə ötürülürsə, məhz həmin (analoji) tezlikdə də qəbul olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiAnaloq yayım siqnallarını ani amplituda qiymətlərinə uyğun gələn rəqəmli kodlara çevirmək üçün istifadə edilən elektron cihaz.
Videoyazılar və səs materialları sonradan kompüterdə işləndiyi üçün əksər hallarda belə çeviricilər çəkiliş və səs avadanlıqlarında da quraşdırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiTərkib hissələrinə bölünməz informasiya siqnalları daşıyan elektromaqnit dalğaları vasitəsilə səs və təsvirin ardıcıl ötürülməsi üsulu, habelə bu üsula əsaslanmış teleradio sistemi.
A.Y. zamanı qəbulediciyə göndərilən siqnal kodlaşdırılmır. Təsvirin yüksək keyfiyyətini və maneəsiz yayımı təmin etmək baxımından bu sistemin imkanları məhduddur. XXI əsrin əvvəlindən etibarən bütün dünyada televiziyanın yaranışından tətbiq edilən A.Y. sistemindən rəqəmsal yayıma keçid mərhələsi başlayıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. underground – yeraltı
1. Kütləvi mədəniyyətə, yaradıcılıq sahələrində əsas cərəyanlara qarşı çıxmış qrupların fəaliyyətini əks etdirən mətbuat vasitələri.
A.M., əsasən, çağdaş incəsənətdə, musiqidə, ədəbiyyatda, kinoda yer alan ən müasir, avanqard prosesləri işıqlandırır.
2. Qeyri-leqal şəraitdə, rəsmi qeydiyyatsız istehsal edilən və yayılan kütləvi informasiya vasitələri.
A.M. termini II Dünya müharibəsindən sonra Qərbi Avropada və Amerikada yaradıcı insanların sürətlə yayılan kütləvi mədəniyyətə etiraz formalarından biri kimi meydana çıxdı. Tezliklə bu termin ondan əvvəlki və sonrakı dövrlərdə repressiv rejimlərdə gizli çap olunan nəşrlərə də aid edilməyə başlandı. 1970–80-ci illərdə Sovet İttifaqına daxil olan respublikalarda, Şərqi Avropa ölkələrində dövlətin icazəsi olmadan dərc edilən və yayılan, samizdat adlanan jurnallar, qəzetlər və s. A.M.-na misal ola bilər.
Jurnalistika terminləri lüğəti