rus. сам – özüm + издательство – nəşriyyat
1. Müxtəlif səbəblərdən rəsmən nəşr edilməsi mümkün olmayan əsərlərin, mətnlərin, qəzetlərin, jurnalların senzuradan keçirilmədən gizli şəkildə çapı və yayılması.
2. Müxtəlif səbəblərdən rəsmən nəşr edilməsi mümkün olmayan, buna görə gizli şəkildə çap olunan və yayılan əsər, mətn, qəzet, jurnal.
S. totalitar və avtoritar ölkələrdə hökumətin nəzarət edə bilmədiyi çap məhsullarıdır. Termin SSRİ-də yaranıb və tərcümə edilmədən dünyanın bir çox xalqlarının dilinə (o cümlədən Azərbaycan dilinə) keçib. Terminin müəllifi sovet şairi Nikolay Qlazkov sayılır. Şeirləri sovet senzurasından keçməyən Qlazkov 1940-cı illərdə onları makinada çap edib kitab şəklinə salır və titul səhifəsində, adətən, dövlət nəşriyyatının adının göstərildiyi yerdə (məs.: «Госиздат» – «Dövlətnəşr») «Самсебяиздат» («Özümözümünəşr») yazır, dostlarına paylayırdı.
Jurnalistika terminləri lüğəti