Jurnalistikada XX əsrin 60–70-ci illərində yaranmış, bədii təsvir vasitələrindən geniş istifadə edən yazı texnikası, üslub.
Terminin yaradıcısı amerikalı yazıçı-jurnalist Tom Vulf Y.J.-nın incəsənət olduğunu bildirir, ədəbiyyatı isə «dəbdən düşmüş bayağılıq» adlandırırdı. Eyni zamanda «alternativ jurnalistika» deyilən Y.J. üslubunda yazılmış geniş məqalələrdə hadisələrin və faktların detallı təsvirinə, dialoqlara, müəllif mövqeyi və düşüncələrinə böyük yer verilir, «canlı» xalq dilindən və ekspressiv ifadələrdən çox istifadə olunur. Azərbaycan mediasında bu üslubda materiallara yenidənqurma dövründə (1985–1991) tez-tez rast gəlinirdi.
Jurnalistika terminləri lüğəti