Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

praym-taym

ing. prime time – kütləvi baxış vaxtı

Radio və televiziya proq­ramlarını auditoriyanın ən çox hissəsinin izlədiyi saatlar.

Müxtəlif ölkələrdə P-T. saat 19:00-dan 22:00-dək, 20:00-dan 23:00-dək mü­əy­yən­ləşdirilir. Bir çox hallarda P-T.-ın başlanğıcı ana xəbər bülleteninin efirə çıxması vaxtı ilə üst-üstə düşür. P-T. reklam yerləşdirməyin ən münasib saat­ları, buna görə də radio və televiziyada ən bahalı efir vaxtıdır.

Jurnalistika terminləri lüğəti