Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

analitik jurnalistika

Problem və proses­lər haqqında məlumat verməkdən çox, on­ların təhlilinə, fakt və hadisələr arasında əlaqələrin izahına həsr olunmuş jurnalistika janrlarının cəmi.

Bu janrlara mə­qalə, icmal, xülasə, resenziya, jurnalist araş­­­dır­maları və s. aiddir. A.J. gerçəkliyin cəmiyyət tərəfindən tam anlaşılması üçün onu sistemli, vahid formada təqdim etmə­yə ça­lışır: ilk baxışdan dağınıq görünən faktları bir araya toplayır, onlar arasında daxili məntiqi bağları açıb göstərir. A.J.-nın əsas məqsədi dərin elmi tədqiqat apar­maq deyil, olayları, faktları, prosesləri izah etməkdir.

Jurnalistika terminləri lüğəti