yun. idea – fikir, ideya + yun. logiya – elm, təlim
Gerçəkliyə münasibəti ifadə edən düşüncələr və dəyərlər sistemi.
İ. sosial qrupların siyasi, dini, fəlsəfi baxışlarının əsasını təşkil edir. İ-nın mahiyyəti cəmiyyətdə müəyyən düşüncə tərzi formalaşdırmaqla ictimai inkişafı yönləndirmək, konkret ideyalar əsasında insanların siyasi fəallığını təmin etməkdən ibarətdir. Bu termini ilk dəfə XVIII əsrin sonunda fransız filosofu Antuan Destüt de Trasi «ideyalar haqqında elm» anlamında işlədib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMedianın ictimai şüurda müəyyən dəyərlər və düşüncələr sistemi formalaşdırmaqdan ibarət olan fəaliyyəti, jurnalistikanın funksiyalarından biri.
Media insanın təfəkküründə konkret stereotiplər yaratmaqla onun davranışını proqramlaşdırır. Jurnalistika ictimai rəyə təsir edə, toplumu istiqamətləndirə bilir. Buna görə də ideoloji sistemlər öz KİV-ini yaratmağa və ya media orqanlarından təbliğat məqsədilə fəal istifadə etməyə çalışır. Lakin vahid ideologiyaya xidmət etmək medianın obyektivliyi, jurnalistikanın tərəfsizliyi prinsiplərinə xələl gətirir. Totalitar cəmiyyətlərdə, avtoritar rejimlərdə KİV-in bu funksiyası xüsusilə qabarıq nəzərə çarpır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. phone – səs + yun. theke – anbar, yeşik
Maddi daşıyıcılar üzərində səs yazılarının toplanması, xüsusi şəraitdə saxlanması, texniki cəhətdən qorunması və ictimai istifadə üçün yayılması ilə məşğul olan müəssisə, yaxud müəssisə nəzdində şöbə.
Ayrı-ayrı şəxslərin fərdi qaydada topladıqları fonoqram kolleksiyası da F. adlandırılır. Bir çox hallarda ictimai F.-lar böyük kitabxanaların nəzdində yerləşir, maarifçiliklə, köhnə fonoqramların bərpası, onların rəqəmsal daşıyıcılara, kompüterlərin yaddaşına köçürülməsi ilə məşğul olur. Belə «səs arxivləri»ndə həmçinin fonoqramların elektron kataloqları yaradılır.
Jurnalistika terminləri lüğətiyun. idea – anlayış, obraz
1. Müəyyən təcrübəni ümumiləşdirərək gerçəkliyə münasibət ifadə edən anlayış, adətən, gözlənilməz fikir.
2. Media məhsulunun (məqalə, veriliş, film və s.) məzmun və formasını müəyyənləşdirən əsas fikir, habelə bu məhsulun hazırlanması ilə bağlı irəli sürülən plan, təşəbbüs.
Jurnalistika terminləri lüğətilat. forma – görünüş, zahiri görkəm
1. Mətbəə üsulu ilə yığılmış mətnin, klişelərin yerləşdirildiyi çərçivə, habelə bu çərçivəyə salınmış mətn və klişelər.
F.-dan mətbəədə kitab, qəzet, jurnal və s. çap məhsullarının səhifələrini hazırlamaq üçün istifadə edilir.
2. Sözün ifadə, deyiliş tərzi; məs.: sözü yumşaq formada demək.
3. Ədəbiyyat və incəsənət əsərlərinin, jurnalist materiallarının, teleradio verilişlərinin məzmununu ifadə etmək üçün yaradılmış struktur, biçim, əsərlərdə faktların, kadrların, digər elementlərin müəyyən ardıcıllıqla düzülüşü.
Hər sənət növünün özünəməxsus ifadə F.-ları var: rəssamlıqda – kolorit, rəng; qrafikada – cizgi; musiqidə – melodiya və s. Bununla yanaşı, müxtəlif yaradıcılıq növləri üçün ümumi olan F. ünsürləri də mövcuddur: kompozisiya, süjet, fabula və s. F. həmişə əsərin məzmunundan asılı olur: məzmundan kənarda F. mövcud deyil. Lakin nəyin F.-ya, nəyinsə məzmuna aid edilməsi fəlsəfədə hələ də ciddi müzakirə mövzularından biridir. Müxtəlif fəlsəfi təlimlərdə (metafizika, məntiq, estetika, etika) F. anlayışının izahı fərqlənir. Məhz buna görə dünyanın ən mükəmməl lüğət və ensiklopediyalarında (Oksford, Kembric, Merriam-Webster, Britannica və s.) F. termininin fərqli izahlarına (üslub, dizayn, uzlaşma, hətta janr) rast gəlinir.
Jurnalistika terminləri lüğətifr. format < lat. forma – görünüş, zahiri görkəm
1. Çap materiallarının (kağız, ofset təbəqə və s.), habelə çap məhsullarının (kitab, jurnal, qəzet və s.) standart ölçüsü.
2. Televiziya kanalının, radiostansiyanın texniki yayım standartı.
3. Bir verilişə xas olan daimi elementlərin məcmusu; televiziyada, radioda məzmunun təqdimat üsulu.
Bu üsul, əsasən, verilişlərin janr xüsusiyyətləri, istiqaməti ilə səciyyələndirilir; misal: «Televiziya formatının ən qısa anlamı televiziya proqramı deməkdir. Proqram formatları bunlardır: macəra, uşaq proqramları, yumoristik proqramlar…» (Rifat Karlova).
4. Kompüterdə, elektron daşıyıcılarda saxlanılan informasiya vahidinin (faylın) strukturu.
Misal: «Əlavə edilmiş faylların formatı ixtiyari ola bilər – doc, pdf…» (e-taxes.gov.az).
5. Fotoaparatlarda kadr pəncərəsinin, rəqəmli fotoaparatlarda matrisanın ölçüsü.
Bu ölçülərdən asılı olaraq fotoaparatlar kiçikformatlı, ortaformatlı və iriformatlı olur.
6. Hər hansı tədbirin təşkili və keçirilmə qaydası. □ Misal: «Onun sözlərinə görə, görüşün məqsədi və formatı məlum deyil» (bbc.com).
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHər kəsin öz fikrini sərbəst ifadə edə bilmək hüququ.
İnsanın şəxsi düşüncəsində qalmaq, dövlət sərhədlərindən asılı olmayaraq öz seçiminə uyğun üsullarla istənilən ideya və bilgiləri axtarmaq, almaq, yaymaq hüquqları da buraya daxildir. Avropa İnsan Hüquqları Məhkəməsi İ.A.-nı cəmiyyətin tərəqqisinin əsas şərtlərindәn biri kimi qiymətləndirir və onu yalnız alçaldıcı olmayan, hamı tərəfindən razılıqla qarşılanan məlumatlara deyil, hәm də dövlәti, yaxud əhalinin hәr hansı tәbəqәsini hiddәtləndirәn, narahat edәn informasiya vә ideyalara da aid edir. Bununla belə, beynəlxalq paktlar və konvensiyalar iğtişaş və cinayətin qarşısını almaq, sağlamlığı, mәnəviyyatı, digәr şәxslərin nüfuzunu vә hüquqlarını qorumaq üçün, habelə milli təhlükәsizlik, ərazi bütövlüyü, ictimai asayiş, bəzi digər maraqlar naminә İ.A.-nın həyata keçirilməsini məhdudlaşdırmağı mümkün hesab edir. Lakin həmin məhdudiyyətlər mütləq üçqat test üsulu ilə yoxlanılmalı və onun tələblərinə cavab verməlidir: qanunla nəzərdə tutulmalı, qanuni məqsədlər güdməli, demokratik cəmiyyətdə zəruri olmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMətnin qısaldılması, media məhsulunun həcminin azaldılması.
İ. çap sahəsinə, vaxta qənaət etmək, mətnin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilir. İdeoloji, siyasi səbəblərlə bağlı olan İ. isə senzuranın bir formasıdır. KİV haqqında qanunvericilikdə, bir çox peşə etikası kodekslərində materialların, redaksiyaya məktubların məzmununa xələl gətirən, onu təhrif edən İ.-lara yol verilmir.
Jurnalistika terminləri lüğəti1. İxtisas qazanma, ixtisasa yiyələnmə.
2. Kütləvi informasiya vasitəsinin konkret bir sahəyə, peşəyə, mövzuya marağı, yaxud demoqrafik göstəriciləri ilə seçilən əhali qrupunu daimi hədəf auditoriyası seçməsi.
Bu heç də həmişə auditoriyanın darlığı, məhdudluğu anlamına gəlmir; məsələn, arıçılıqla məşğul olanlar üçün jurnala böyük şəhərdə abunəçi tapmaq çox çətindirsə, mobil rabitə sahəsində yeniliklər üzrə ixtisaslaşmış saytın potensial auditoriyası internet istifadəçilərinin sayı qədərdir.
3. Jurnalistin konkret bir sahədə xüsusi bilik və bacarıqlara yiyələnərək, əsasən, bu sahəyə aid hadisələri, prosesləri işıqlandırması.
İ. materialın keyfiyyətinin yüksəldilməsini təmin edir və analitik janrlarda çıxış edən media əməkdaşları üçün xüsusilə vacibdir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. format < lat. forma – görünüş, zahiri görkəm
1. Mətnin çapa verilmək, sayta çıxarılmaq üçün hazır ölçüyə və şəklə salınması.
2. Elektron daşıyıcının, məsələn, kompüter diskinin ünvanlı elementlərə – sektorlara, cığırlara bölünməsi və onların işarələnməsi.
Diski yenidən F.-q onu «təmizləmək», yəni elektron daşıyıcıya yazılmış bütün informasiyaları silmək deməkdir.
Jurnalistika terminləri lüğəti1. Əsasən, konkret bir sahə, peşə, maraq dairəsi ilə əlaqədar yenilikləri işıqlandıran və problemləri əks etdirən media vasitələri.
2. Əhalinin demoqrafik göstəricilərinə görə fərqlənən qrupunu hədəf auditoriyası seçmiş media vasitələri.
İ.K.İ.V.-nin istehsalı və yayımı ilə bağlı çox vaxt qanunlarda xüsusi qaydalar nəzərdə tutulur; məsələn, uşaq nəşrləri və telekanallarına vergi güzəştləri tətbiq edilir, ədəbi nəşrlərə subsidiyalar ayrılır, erotik nəşrlərin yayımına məhdudiyyətlər qoyulur və s.
Həmçinin bax: