qəd. yəh. zübeyda (əslində zebida, yaxud zabdiyel) sözündəndir. Ərəb dilində zubeydə formasındadır. Zübeydə dilimizə ərəb dilindən keçmə qadın adları sırasındadır. Dilimizdə gülümbahar çiçəyi mənasındadır.
Xəlifə Harun ər-Rəşidin arvadı Amatül-Əzizin ləqəbi Zübeydə olmuşdur. Onun babası İslam tarixinə xəlifələrdən biri kimi daxil olmuşdur. Qız kiçik olarkan ona Zübeydə ləqəbini özü vermişdi. Bəzi izahlı lüğətlərdə ərəb dilində zabbada sözündən olması və Tanrı tərəfindən bağışlanmış, seçilmiş, Allahın hədiyyə etdiyi anlamlarını ifadə etməsi barədə məlumatlara da rast gəlinir. Bu mülahizələri də kənarlaşdırmaq olmaz. Adın təhrif olunmuş forması Zibeydə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti