yun. “zoon” – heyvan, “loqos” – elm
Heyvanlar aləmini tədqiq edən elm.
Z. biologiya elminin ayrıca bir şöbəsidir. Z. heyvanlar aləminin müxtəlifliyini, onların təsnifatını, çoxalma xüsusiyyətlərini, morfoloji və anatomik quruluşlarını vəhdət halında öyrənir. Z. elm kimi inkişaf etməsində alman alimi Teodr Şvannın və isveç alimi Karl Linneyin xidmətləri olmuşdur. Z. elminin təşəkkülü isə qədim yunan alimi Aristotelin adı ilə bağlıdır. Aristotel Z.-nın predmeti olan bütün heyvanları 2 qrupa bölmüşdür – qanlılar və qansızlar . Müasir təsnifatda isə Z.-nın öyrəndiyi bütün canlılar – onurğalılar və onurğasızlara ayrılır. Bundan əlavə heyvanar yaşayış formalarına görə də bir-birindən fərqlənirlər. İnsanlar heyvanların quruluşunu, həyatını, yayayılmasını öyrəndikdən sonra hal-hazırkı Z. elmi formalaşmışdır. Araşdırmaçıların və tədqiqatçı alimlərin rahat işləyə bilmədiyi müəyyən keçilməz zonalardakı heyvan növlərinin müxtəliflikləri istisna olmaqla son hesablamalar heyvanların məlum növlərinin sayının 2 milyondan çox olduğunu göstərir. Bu növlərinin əksəriyyəti quruda yaşayır. Bitkilər aləmində olduğu kimi heyvanlar aləminin nümayəndələri də onların quruluşlarının sadədən mürəkkəbə doğru inkişaf və mənşə başlanğıclarına əsasən təsnifləndirilmişdir. Heyvanlar aləmində ən ali sistematik vahid tipdir. Hazırda heyvanlar 23 tipə bölünür. Hər tip bir və ya bir-neçə sinfə, siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər isə ayrı-ayrı növlərə bölünür. Bundan başqa heyvanlar aləmində də digər canlılılar aləmində olduğu kimi təsnifat vahidi hesab olunmayan müxtəlif bölgülərdən (yarımaləm, sinifüstü, yarımsinif, yarımnöv və s.) istifadə olunur. Heyvanlar aləmi 2 yarımaləmə bölünür: ibtidai heyvanlar yarımaləmi (birhüceyrəlilər), bunlar 5 tipdə birləşdirilmişdir; ali heyvanlar yarımaləmi (çoxhüceyrəlilər), bunlar isə 18 tipdə birləşdirilmişdir.
Biologiya terminlərinin izahlı lüğəti