Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

ziqzaq

1. Müəyyən bucaq altında sınmış xətlər.

2. Fəal təlim üsullarından biri: dinləmə, danışma və oxu məzmun xətlərini özündə birləşdirən üsul.

Şagirdlər 4-5 nəfərlik qruplara bölünürlər. Bunlar əsas («doğma») qrup adlanır. Sonra şagirdlərə 1-dən 4-ə və ya 5-ə kimi saymaq tapşırılır və eyni rəqəmli şagirdlərdən yeni qrup yaradılır. Buna ekspert qrupu deyilir. Öyrəniləcək mətn ekspert qruplarının sayı qədər (4-5) hissələrə bölünür və hər qrupa bir hissə verilir. Hər bir ekspert qrupundakı şagirdlər öz hissələrini oxuyub qavradıqdan sonra əsas qrupa qayıdıb öyrəndikləri hissəni danışırlar. Sonda əsas qrupun bir nümayəndəsi oxuduğunu və dinlədiklərini ümumiləşdirib mətni nəql edir. Bundan sonra müəllim hər bir əsas qrupun mətni tam qavradığına əmin olmaq üçün qruplara suallar verir.

İbtidai siniflər üçün terminlər lüğəti