1. Doxsan doqquzdan sonra gələn rəqəm – 100. □ Yüz manat. Yüz nəfər. Yüz faiz. Yüz addımlıqda. On dəfə on yüz elər.
2. Başqa saylarla birlikdə. □ Dörd yüz kilo. Təyyarə saatda 600 kilometr yol gedir.
3. Qeyri-müəyyən çox miqdar mənasında. □ Sənə yüz dəfə demişəm ki... Yüz ildir ki, onu görməmişəm. Yüz dəfə ölç, bir dəfə biç. (Atalar sözü).
Qeyd: yüz... Mürəkkəb sözlərin əvvəlində bir şeyin yüz vahiddən ibarət olduğunu bildirir; məs.: yüzmanatlıq, yüzfaizlik, yüznəfərlik.
Həmçinin bax: