lat. jurisdictio – mühakimə üsulu < jus – hüquq, səlahiyyət + dico – deyirəm
Məhkəmənin, eləcə də digər bir dövlət orqanının səlahiyyət həddi.
Geniş anlamda: hakimiyyət orqanlarının və bütövlükdə dövlətin səlahiyyətlərinə aid olan məsələlərin məcmusu dövlətin Y.-sı sayılır. Həmin səlahiyyətlər isə qanunlar və digər hüquqi aktlarla müəyyənləşdirilir. Öz Y.-sı çərçivəsində dövlətin bu və ya digər faktlara hüquqi qiymət vermək, hüquqi mübahisələri və məsələləri həll etmək səlahiyyəti olur.
Tarix terminləri lüğəti