Hamiləlikdən azad olmaq, doğmaq.
Arvad yükünü yerə qoymaq vaxtı olanda qoca Alı kasıb-kusuba nəzir-niyaz verdi ki, siz də mənə dua eləyin, Allah bunu mənim əlimdən almasın. (“Qul Mahmud”)
*
Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqədən sonra arvad yükünü yerə qoydu. Bundan bir cüt, yəni ekiz uşaq oldu: biri oğlan, biri qız. (“Alı xan”)
Azərbaycan dastanlarının leksikası