1. Hündürlük, ucalıq; yüksək şeyin halı. □ Dağın yüksəkliyi. Divarın yüksəkliyi. Evin yüksəkliyi iyirmi metrdir. Bu yüksəklikdə ağac görməmişəm.
2. Coğrafiya. Yer səthindən yüksəkdə olan sahə, yer; dağlıq, təpəlik. □ Yüksəklikdə bitən ağaclar. Yüksəklikdə yol salmaq.
3. Yer səthindən çox-çox yuxarı olan fəza; göy, asiman (çox zaman cəm şəklində). □ Buludlar yüksəkliklərdə üzür. Təyyarə yüksəkliklərdə süzür. Yüksəkliklərdə ulduzlar sayrışır.
4. Bir şeyin böyüklüyü, ölçüsü, səviyyəsi, dərəcəsi. □ Təzyiqin yüksəkliyi. Hərarətin yüksəkliyi. Biliyin yüksəkliyi. Əmək məhsuldarlığının yüksəkliyi. Texnikanın yüksəkliyi.