Reklam
Reklam

Məsəllər, deyimlər

YEYİB HALVANI, MİNİB EŞŞƏYİ

Abırdan, həyadan uzaqlaşıb dünyada heç nəyi vecinə almayan adam haqqında deyilən ifadə.

İfadə qədimdə mövcud olmuş bir cəza üsulu ilə bağlı yaranmışdır.

Şərqdə çox qədim və çox geniş yayılmış bir adətə görə, cinayət törətmiş şəxsi beş gün yedirib bəsləyər, bu beşgünlük müddət keçəndən sonra onu eşşəyə (özü də tərsinə) mindirib küçələri gəzdirərdilər ki, hamı onu lağa qoysun, təhqir etsin, üzünə tüpürsün. Yalnız kifayət qədər gülüş və təhqir hədəfi olandan sonra canini edam edərdilər.

Bu əziyyətləri verməzdən qabaq isə caniyə tam sərbəstlik verilir, istədiyi yeməyi və istədiyi qədər yeməyə imkan yaradılırdı. Ən çox halva yeyən (bu da Şərq üçün səciyyəvidir) cani eşşəyə mindiriləndən sonra artıq dünyanı vecinə almır, ən ağır təhqirlərə belə əhəmiyyət vermirdi ki, ifadə bununla əlaqədar formalaşmışdır.

Məsəllər, deyimlər